Hindistan: həkimlər xəstənin mədəsindən 40 bıçaq çıxarıblar

Fotonun müəllifi Corporate Hospital
Image caption 42 yaşlı kişi bıçaqları üç ay ərzində udub

Hindistanın şimalındakı Amristar şəhərində həkimlər bir kişinin mədəsindən cərrahi üsulla 40 bıçaq çıxardıqlarını bildiriblər.

42 yaşlı kişi bıçaqları üç ay ərzində udub.

Dr Jatinder Malholtra BBC-ə bildirib ki, kişi keçən həftə mədəsində şiddətli ağrılar hiss etdikdən sonra onunla görüşüb.

O deyib ki, xəstə bıçaq udduğu barədə həkimlərə heç nə deməyib.

“Biz diaqnostik sınaqları həyata keçirəndən sonra aşkara çıxardıq ki, o, bıçaq yeyib,” həkim deyir.

Əməliyyatdan sonra o, xəstəxanada müayinə olunur və vəziyyəti sabitdir.

Əməliyyatı beş həkimdən ibarət komanda həyata keçirib və bıçaqları çıxarmaq üçün əməliyyat beş saat davam edib.

Fotonun müəllifi Corporate Hospital
Image caption Rentgen zamanı kişinin mədəsində 40 bıçaq olduğu aşkarlanıb

“Bu mürəkkəb proses idi və uğurlu əməliyyat üçün biz duzgün planlaşdırmalı idik,” o deyib.

Həkimlkər indi onun niyə bıçaqları udduğunu öyrənməyə çalışırlar.

“Dəqiq səbəbin bilmirik, lakin görünür o psixoloji pozuntudan əziyyət çəkib. Hətta ailəsinin belə onun bıçaq udmasından xəbəri olmayıb,” o deyib.

“Ona məsləhət verilir. O söz verib ki, bir daha bıçağa toxumayacaq, lakin ailəsi də ona nəzarət etməlidir”.