Parisə gələn turistlərin sayı azalıb

Fotonun müəllifi AFP

İslamçı silahlıların hücumları, aksiyalar və sel Parisə gələn turistlərin sayında azalmaya səbəb olub.

2015-ci ilin eyni müddəti ilə müqayisədə şəhərə bu ilin yanvar və iyun ayları arasında bir milyondan az turist gəlib.

Paris hər il 16 milyon turisti qəbul edir və dünyanın ən öndə gedən turist şəhərlərindən biri hesab olunur.

Bu azalma nəticəsində büdcə gəlirlərinin 750 milyon avro azalacağı təxmin edilir. Yüksək rütbəli rəsmilərdən biri bunu “fəlakət” adlandırıb.

Fransada illik ÜDM-nin 7 faizdən çoxunu turizmdən gələn gəlirlər təşkil edir.

Parisin də daxil olduğu İle-de-France regionunda təxminən bir milyon insan turizmlə bağlı işlə məşğuldur.

Noyabr ayında özünü İslam Dövləti adlandıran qruplaşmanın Parisdə həyata keçirdiyi və 130 nəfərin ölümü ilə nəticlənmiş hücumdan sonra Fransada turizm sənayesinə ciddi ziyan dəyib.

Əlaqəli mövzular