Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Xülasə

  1. Bu gün səhər saat 8:00-dan Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə ümumxalq səsverməsi, referendum keçirilib
  2. Saat 17:00-a olan məlumata görə referendumda seçicilərin 63,6 faizi iştirak edib, MSK məlumat verir
  3. Gün ərzində 117 beynəlxalq müşahidəçi də daxil olmaqla 53 mindən artıq müşahidəçi seçki prosesini izləyəcək, MSK sədri Məzahir Pənahov deyib
  4. 19:00 radələrində məntəqələr seçicilər üçün bağlı elan edilib və qutular açılıb
  5. BBC Azərbaycanca müxbiri "gözünün qarşısında" topa bülleten atıldığını bildirib

Canlı reportaj

time_stated_uk

Töhfənizi verin

  1. Ən aktiv və passiv seçki dairələri

    MSK referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlayıb.

    MSK referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlayıb.

    Ən aktiv: 75 saylı Lənkəran-Masallı Seçki Dairəsi -  78,89%

    Ən passiv: 26 Saylı Sabunçu I Seçki Dairəsi -  55,70% 

  2. Məntəqə sədri: “Nöqsansız iş yoxdur”

    Səbail Rayonunda məntəqə sədrləri ilə referendumun gedişi ilə bağlı söhbət

    BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova Səbail Rayonunda məntəqə sədrləri ilə referendumun gedişi ilə bağlı söhbət edib.

    View more on youtube
  3. Video content

    Video caption: Məntəqə sədri: “Nöqsansız iş yoxdur”

    BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova Səbail Rayonunda məntəqə sədrləri ilə referendumun gedişi ilə bağlı söhbət edib.

  4. Exit-poll: ən populyar dəyişikliklər?

    Rəy Monitorinq Mərkəzinin nəticələri

    Rəy Monitorinq Mərkəzinin keçirdiyi “Exit-Poll”un nəticələrinə əsasən seçicilər ən çox 21-ci sualı - prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılması məsələsini dəstəkləyib.

    Exit-poll nəticəsinə əsasən bu maddənin dəyişdirilməsini seçicilərin 92,5%-i dəstəkləyib.

    Bundan sonra ən "populyar" dəyişiklik, prezident olmaq üçün 35 yaşlıq məhdudiyyətin ləğv olunması olub. Bu dəyişikliyi 91,1% dəstəkləyib, "Rəy" monitorinq mərkəzinin nəticələri göstərir.

  5. Exit-poll: "seçicilər dəyişiklikləri dəstəkləyib"

    ABŞ exit-poll şirkətinə əsasən referendumda təklif olunan dəyişiklikləri 88,3% seçici dəstəkləyib

    ABŞ-ın “Artur J. Finkelstein & Associates” şirkətinin Azərbaycandakı referendumda “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb, bu barədə APA məlumat verir.

    • Ümumilikdə 32 400 insan arasında müsahibə aparılıb
    • 88,9% seçici dəyişikliklərə müsbət cavab verib
    • İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3% tərəfdar olub
    • Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7% seçici dəstəkləyib
    • İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3% seçici dəstəkləyib
    • Sosial təminatla əlaqədar maddələrə 86,5% seçici dəstəkləyib
  6. Məntəqə sədri: “Nöqsansız iş yoxdur”

    Məntəqə sədri: “Nöqsansız iş yoxdur”

    Video content

    Video caption: Məntəqə sədri: “Nöqsansız iş yoxdur”

    BBC Azərbaycancanın müxbiri Elnarə Məmmədova Səbail Rayonunda məntəqə sədrləri ilə referendumun gedişi ilə bağlı söhbət edib.

  7. MSK-nın 19:00 hesabatı

    Seçki fəallığı 69,7 faiz olub.

    MSK bildirib ki, saat 19:00-a qədər 3 milyon 671  min 7 nəfər səs verib və bu 69,7 faiz seçici fəallığı deməkdir.

    Ümumi seçicilərin sayı 5 milyon 267 min 111 nəfərdir.

  8. Exit-poll nəticələri açıqlanıb

    İlkin exit-poll nəticələri açıqlanıb

    Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu və “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi birgə referendum səsverməsi ilə bağlı exit-poll nəticələrini açıqlayıb.

    İlkin nəticələrə görə seçici fəallığı 66,8% olub.

    Exit-poll-u 17 qrup rəhbəri və 304 müşahidəçi aparıb, APA yazır.

    “ELS” - Müstəqil Araşdırmalar Mərkəzi isə bildirib ki, seçici fəallığı 65,1 faiz təşkil edib.   

  9. Mətbuat Şurasının monitorinqi

    Mətbuat Şurasının gün ərzində keçirdiyi monitorinqin nəticələrini açıqlayıb.

    Mətbuat Şurası bildirib ki, jurnalistlərin peşə vəzifəsini yerinə yetirməsiylə bağlı apardıqları monitorinqdə "hər hansı nöqsan qeydə alınmayıb".

    Şura həmçinin bildirib ki, jurnalistlər tərəfindən “qaynar xətt”ə müraciət daxil olmayıb.

  10. Seçicilər məntəqələrdə nə qədər vaxt keçirir?

    29 suallıq referendum vərəqəsini oxumaq üçün bəzi seçicilər 50 saniyə vaxt ayırır

    BBC Azərbaycanca müxbirinin müşahidələrinə görə bəzi seçicilər seçki kabinələrində 50 saniyə, bəzilərisə 4 dəqiqə keçirirdi.

    "Amma tez çıxanlar lap çox oldu", gün ərzində Bakının müxtəlif seçki məntəqələrində olan Günel Səfər xəbər verir.

  11. Təcili xəbərQutular açılır

    BBC Azərbaycanca müxbiri səsvermənin bitdiyini və artıq qutuların açıldığını deyir.

    Hazırda Binəqədi 9 saylı dairənin 14 saylı məntəqəsində olan BBC Azərbaycanca müxbiri deyir ki, səsvermə artıq bitib və qutular açılır.

    Müxbirimiz "gözünün qarşısında" topa bülleten atıldığını qeyd edir.

    "Tələb etdim qeyd aparsınlar amma kommissiya sədri mənə dedi ki, maneçilik törətməyin".

    Seçki qutuları açılır
  12. Seçki bülletenində nələr var?

    Seçki bülletenində nələr var?- izahedici video

    Elnarə Məmmədova

    BBC Azərbaycanca müxbiri

    BBC Azərbaycanca müxbiri Elnarə Məmmədova seçki bülletenini izah edir.

    Video content

    Video caption: Seçki bülletenində nələr var?- izahedici video
  13. Seçki fəallığı

    MSK saat 17:00-a olan seçici fəallığı barədə məlumatı açıqlayıb.

    MSK açıqlayıb ki, ölkə üzrə saat 17:00-a olan seçici fəallığı 63,6 faiz təşkil edir.

    Ən yüksək seçici fəallığı: 14 saylı Xəzər seçki dairəsi - 74,14%.

    Ən aşağı seçici fəallığı: 17 saylı Yasamal III Seçki Dairəsi - 48,11%.

  14. Bakı sakinləri referendumdan əvvəl

    BBC Azərbaycancaya danışan Bakı sakinləri referendum barədə fikirlərini bölüşür.

    Referenduma üç gün qalmış BBC Azərbaycanca paytaxtda sorğu keçirib.

    "26 sentyabr tarixində hansı hadisə baş verəcək?" və "referenduma çıxarılan əlavə və dəyişiliklərdən məlumatlıdırlarmı?" suallarına əksər müsahiblər xəbərsiz olduqlarını deyib.

    Müsahiblər bunu referenduma maraqlarının olmaması ilə əlaqələndirib.

    Video content

    Video caption: Referendum: "Monarxiya yaradırıq, gedib səs verəcəyik"
  15. Seçki lüğəti

    Seçkilər haqqında bu sözləri bilməlisiniz.

    View more on youtube

    Bu videonu 2015-ci il parlament seçkiləri üçün hazırlamışdıq, amma bəzi terminlər referendum üçün də aktualdır.

  16. Video content

    Video caption: Azərbaycanda referendum: 900-dən çox seçicini "üzdən tanıyan" komissiya sədri

    BBC Azərbaycanca müxbiri Günel Səfər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı məntəqəsində məntəqə müdirilə danışıb.

  17. Müxbirimizin müşahidələri

    Müxbirimiz Günel Səfər Abşeron rayonunda seçki dairələrini gəzib.

    Günel Səfər

    BBC Azərbaycanca müxbiri

    Təxminən saat 11 radələrində Abşeron rayonu Məhəmmədi kəndində isə məntəqə sədrinin dediyinə görə, artıq 400-nəfərə yaxın seçici səs verib.

    Məntəqəyə daxil olarkən məkanın qarşısında yanında uşaqlar olan bir neçə xanım gözə dəyir. Mən içəridə çəkiliş apararkən o xanımlardan biri məntəqəyə daxil olmaq istəyir, bu zaman komissiya üzvü ondan getməsini istəyir.

    Komissiya üzvlərindən biri dolu olan bülleten qutularını göstərərək seçicilərin aktiv olduğunu danışır.

    45 saylı Xırdalan seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsində də seçici azlığı müşahidə olunur, amma bülleten qutuları yarıya qədər doludur. Məntəqəyə bildiriş vərəqi ilə şəxsiyyət vəsiqələri olmadan yaxınlaşan iki xanım geri göndərilir. Bundan başqa 18 yaşı tamam olmayan bir gənc də səs vermək istəsə də, yaşı çatmadığı üçün bu arzusu həyata keçmir.

    45 saylı Abşeron seçki dairəsinin 31 saylı seçki məntəqəsi isə bu saatadək rastlaşdığım ən çox seçici gördüyüm məntəqədir. Seçici sayı o qədər çoxdur ki, kabinlərin qarşısında növbə belə yaranır.

    Bundan başqa məntəqəyə seçicilər qrup şəklində gəlirlər.

    Eyni məktəbdə yerləşən 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsinin 38 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı seçki məntəqələrində demək olar ki seçici yoxdur. Məntəqələrdə müşahidəçilərin sayı belə azdır. Bununla belə hər iki kommissiya sədri seçici aktivliyindən razılıq edir.

  18. "Gözlənilməz" referendum?

    AŞPA müşahidəçisinin sözləri

    AŞPA müşahidəçisi Stefan Schennach seçki məntəqələrinin açılmasından əvvəl tvitləyib:

    "Mən Bakıda və ətraf [ərazilərdə] müşahidə aparacağam - görünür ki, bu referendum vətəndaşların 90%-i üçün gözlənilməz olub"

    Daha əvvəl cənab Schennach demişdi ki, AŞPA Prezident İlham Əliyev, MSK, Parlamentin spikeri, QHT-lər, media nümayəndələri və müxalifət ilə danışıb.

  19. Referendumda seçici fəallığı 53.8 faiz təşkil edib

    Seçicilərin 53.8 faizi referendumda iştirak edib, MSK məlumat verir.

    Saat 15:00-a olan məlumata görə referendumda seçicilərin 53.8 faizi iştirak edib. Həmin vaxtadək 2,833,064 seçici səs verib, MSK məlumat verir.

    Ən yüksək seçici fəallığı 14 saylı Xəzər Seçki Dairəsində, 67.2 faiz qeydə alınıb. 

    Ən aşağı seçici fəallığı isə 17 saylı Yasamal III Seçki Dairəsində qeydə alınıb- 36,04 faiz.

  20. Səsvermə barədə tweetlər

    Sosial şəbəkələr referendum barədə nə deyir?

    Bəzi istifadəçilər səs verdiklərini qeyd etmək üçün, bəzilərisə şikayət və ya zarafat etmək üçün mikrobloq saytına üz tutub.