Got a TV Licence?

You need one to watch live TV on any channel or device, and BBC programmes on iPlayer. It’s the law.

Find out more
I don’t have a TV Licence.

Xülasə

  1. 11 aprel – Azərbaycanda növbədənkənar prezident seçkiləri günüdür.
  2. Seçkilərdə 8 namizəd iştirak edib.
  3. Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP)
  4. Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Məmmədov Cəlaloğlu (ADP), Zahid Oruc (deputat)
  5. Saat 08:00-da səsverməyə start verilib və 19:00-dək davam edib.
  6. Seçki günü fevralın 5-də, 64 gün öncə elan edilib.
  7. Hakimiyyət növbədənkənar seçki qərarını ölkədə bir neçə əhəmiyyətli yerli və beynəlxalq tədbirin üst-üstə düşməsi ilə izah edib.
  8. Milli Şura da daxil bir neçə müxalif siyasi qurum seçkinin ertələnməsi barədə qərarı tənqid edərək səsverməni boykot edib və bununla bağlı iki etiraz nümayişi keçirib.

Canlı reportaj

time_stated_uk

  1. Təşəkkür edirik!

    Əziz oxucularımız,

    Bugün səhərdən səsvermə ilə bağlı əsas məlumatları anbaan sizinlə paylaşdıq.

    Bu canlı yayımda siz müxbirlərimizin məntəqə-məntəqə gəzərək səsvermə prosesini işıqlandıran video və fotolarını gördünüz.

    BBC Azərbaycancanı həm saytımızda, həm də aşağıdakı sosial media hesablarımızda izləyə bilərsiniz:

    BBC Azərbaycanca Facebook-da

    BBC Azərbaycanca Youtube-da

    BBC Azərbaycanca Twitter-də

    BBC Azərbaycanca Instagram-da.

    Bizi izlədiyiniz üçün təşəkkür edirik, gecəniz xeyrə!

  2. İlham Əliyev hazırda 86,09 % səs toplayıb - MSK açıqlayıb

    Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.

    Digər namizədlər - Araz Əlizadə 1,4 %, Hafiz Hacıyev 1,51 %, Qüdrət Həsənquliyev 3,04 %, Fərəc Quliyev 1,18 %, Sərdar Məmmədov 2,97 %, Razi Nurullayev 0,74 %, Zahid Oruc 3,07 % səs toplayıblar.

    Prezidentliyə namizədlər
    Image caption: BBC
  3. Seçki məntəqəsində üzərlik yandırma mərasimi

    14 saylı Xəzər 1-ci seçki məntəqəsində səsvermə günü şən keçib.

    Üzərlik yandırılıb, selfie çəkilib, gün isə alqışlarla bitib.

    View more on youtube
  4. Səsvermədə 3 959 553 nəfər iştirak edib

    Azərbaycanda bu gün keçirilən prezident seçkilərində seçici fəallığı 74,51 % olub.

    5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səsvermədə iştirak edib.

    Səsvermə saat 19.00-da səsvermə başa çatıb.

    Seçici
    Image caption: Seçici fəallığı 74,51 % olub
  5. Müşahidə apardığımız məntəqələrdə ilkin nəticələr necədir?

    19 saylı Nərimanov birinci seçki dairəsi 23 saylı məntəqədə ümumilikdə 1302 seçici olub.

    Məntəqə sədrinin dediyinə görə, qutudan 857 bülleten çıxıb.

    Seçicilərin 718-i İlham Əliyevə, 20-si Araz Əlizadəyə, 21-i Hafiz Hacıyevə, 18-i Qüdrət Həsənquliyevə, 10-u Fərəc Quliyevə, 25-i Sərdar Cəlaloğluya, 6-sı Razi Nurullayeva, 39-u Zahid Oruca səs verib.

    Bülletenlərin 445-i ləğv olunub.

    Məntəqədə bülletenlərin ləğv olunması səslərin hesablanmasından sonra baş verib.

    19 saylı Nərimanov birinci seçki dairəsi 24 saylı məntəqədə ümumilikdə 1323 seçici olub.

    Məntəqədə seçicilərin 719-u İlham Əliyevə, 47-si Zahid Oruca, 8-i Araz Əlizadəyə, 9-u Hafiz Hacıyevə, 29-u Qüdrət Həsənquliyevə, 6-sı Fərəc Quliyevə, 36-sı Sərdar Cəlaloğluna, 12-si Razi Nurullayevə səs verib.

    Bülletenlərdən 455-i ləğv olunub.

    Video content

    Video caption: 19 saylı Nərimanov I-ci seçki dairəsinin 23-24 saylı məntəqələrində bülletenlər sayılır
  6. İlham Əliyev 80%-dən artıq səs toplayıb - Exit pollar

    Ən azı 3 exit-pollun nəticəsi açıqlanıb və hər üçünün nəticəsinə görə, İlham Əliyev 80%-dən artıq səs toplayıb.

    Birləşmiş Ştatların "Artur Filken¬şteyn və Assosiasiya" şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun nəticələrinə görə, İlham Əliyev 85,57 %, Qüdrət Həsənquliyev 2,96 %, Zahid Oruc 2,92 %, Sərdar Cəlaloğlu 2,48 %, Hafiz Hacıyev 1,76 %, Araz Əlizadə 1,42 %, Fərəc Quliyev 1,52 %, Razi Nurullayev 1,37 % səs toplayıb.

    Exit-poll 40 seçki dairəsində keçirilib və sorğuda 14 min seçici iştirak edib.

    Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi exit-pollun nəticələri isə belədir:

    İlham Əliyev 86,53 %, Araz Əlizadə 1,21 %, Hafiz Hacıyev 1,73 %, Qüdrət Həsənquliyev 3,1 %, Fərəc Quliyev 1,03 %, Sərdar Məmmədov 2,81 %, Razi Nurullayev 0,67 %, Zahid Oruc 2,92 % səs toplayıblar.

    Exit-poll 118 seçki dairəsi üzrə 210 məntəqədə 11 min 495 nəfər arasında keçirilib.

    ELS Müstəqil Araşdırmalar Mərkəzinin 118 seçki dairəsinin 300 seçki məntəqəsində exit-poll keçirib.

    Bu exit-poll-da 60 min anketdən istifadə edilib. Sorğunun ilkin nəticələrinə əsasən, İlham Əliyev 82,71 %, Araz Əlizadə 1,87 %, Hafiz Hacıyev 2,01 %, Qüdrət Həsənquliyev 4,23 %, Sərdar Cəlaloğlu 3,56 %, Razi Nurullayev 0,92 %, Zahid Oruc 3,37 %, Fərəc Quliyev 1,33 % səs toplayıb.

    İlham Əliyev
    Image caption: İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
  7. Gənclər yığışıb: Konsertə, ya "qələbə yürüşünə"?

    Fəvvarələr meydanına yığışan gənclər konsertə, yoxsa "qələbə yürüşünə" gəliblər?

    Video content

    Video caption: Fəvvarələr meydanına yığışan gənclər, konsertə, yoxsa "qələbə yürüşünə" gəliblər?
  8. Müxbirimiz: "boş bülletenlər ləğv olunmadı, səslər sayıldıqdan sonra ediləcək"

    Müxbirimiz Günel Səfərova 19 saylı Nərimanov birinci seçki dairəsi 23 və 24 saylı məntəqələrindədir.

    Hazırda məntəqə komissiya üzvləri bülletenləri sayır.

    Müxbirimiz deyir ki, boş bülletenlər ləğv edilməyib, boş bülletenlərin səslər sayıldıqdan sonra ləğv ediləcəyi bildirilib.

    foto
    Image caption: 19 saylı Nərimanov birinci seçki dairəsi 24 saylı məntəqə
  9. Müxbirimiz: İstifadə olunmuş bülletenlərin qulaqçıqları əvvəldən dəstələnib

    Müxbirimiz Səadət Akifqızı deyir ki, 23 saylı Nəsimi-Səbayel seçki dairəsi, 20 saylı məntəqəsində istifadə edilmiş bülletenlərin qulaqçıqlarını öncədən 10-10 dəstələyiblər.

    qulaqçıq
  10. Müxbirimiz: Boş bülletenlər ləğv olunur

    Müxbirimiz Səadət Akifqızı 23 saylı Nəsimi-Səbayel seçki dairəsi, 20 saylı məntəqədədir.

    "AŞPA nümayəndə heyəti bülletenlərin sıra sayı ilə maraqlanır.

    358 boş bülleten qalıb, onlar ləğv olunur."

    səsvermə son
    səsvermə son
    səsvermə son
  11. Səsvermə başa çatıb

    Azərbaycanda prezident seçkilərinə səsvermə başa çatıb.Bu gün saat 19:00-da seçki məntəqələrinin qapıları bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.

  12. Prezident Administrasiyasının rəhbəri səs verib

    Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib, APA yazır.

    Ramiz Mehdiyev
  13. Əli Kərimli: "Çox təəssüf ki..."

    Seçkiləri boykot etməklə seçkilərə qatılmayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli səsvermə günü ilə bağlı tvit paylaşıb.

    Milli Şura və Müsavat partiyası da seçkiləri boykot etdiklərini açıqlayıb.

  14. Aktiv və passiv seçki dairələri açıqlanıb

    Seçici fəallığının aktiv və passiv olduğu seçki dairələrinin adları məlum olub.

    Saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu seçki dairəsi 14 saylı Xəzər seçki dairəsidir.

    Bu seçki dairəsidə 51 min 117 seçicidən 40 min 588-i (79.40%) səsvermədə iştirak edib.

    Passiv seçki dairəsi isə 30 saylı Suraxanı Birinci Seçki dairəsidir.

    Bu seçki dairəsində 37 min 205 seçicidən 19 min 224-ü (51.67%) səsvermədə iştirak edib.

    MSK bildirib ki, indiyədək 3 milyon 716 min 135 seçici səs verib

    seçki məntəqəsi
  15. Müşahidə kamerası: Qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və...

    Mərkəzi Seçki Komissiyasının müşahidə kameraları göstərib ki, Xəzər-Pirallahı 13-cü seçki dairəsinin 16 saylı seçki məntəqəsində çəhrayı uzun jilet geyinən qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və hər iki qutuya bülleten atır, sonra jiletinin yaxasını düzəldərək ordan ayrılır.

    Video content

    Video caption: Qadın iki əli də dolu kağızla seçki qutusuna yaxınlaşır və...
  16. Saat 17:00-da seçki fəallığı: 69.93% seçici səs verib

    MSK bildirib ki, indiyədək 3 milyon 716 min 135 nəfər səs verib.

    Bu, 69.93% seçici deməkdir.

  17. Namizədlər bu seçkiyə nə qədər pul xərcləyib?

    Azərbaycanın prezidenti olmaq üçün növbədənkənar seçkiyə qatılanlar arasında seçki kampaniyasını bir qəpik xərcləmədən keçirənlər var.

    Yazını burada oxuyun.

  18. Müşahidəçilər qeyd aparmadan müşahidə edirlər

    29 saylı Səbayel Seçki Dairəsinin 19 saylı Seçki Məntəqəsində olan müxbirimiz Günel Səfərova deyir ki, burada müşahidəçilər qeydiyyat aparmırlar.

    səsvermə
    müşahidəçilər