Şəhərətrafı qəsəbələrin pişik qatili

Scooter
Image caption Scooter

Artıq iki ildir ki, Britaniyada bir qatil ev pişiklərinə hücum edərək, özündən sonra qorxu və inamsızlıq izi qoyur.

Yazıdakı məlumatlar bəzi oxucular üçün narahatedici ola bilər.

Chantelle-in Scooter adlı ağ-qara pişiyinin başına gələnlər bir müəmmadır.

O, pişiyini son dəfə isti bir yay gecəsində mətbəxində görüb. Scooter oturub Chantelle-in günlük addım sayını artırmaq üçün evdə addımladığını izləyirmiş. Növbəti gün isə pişik yoxa çıxır.

Chantelle küçədə onu axtararkən bir qonşu ona yaxınlaşıb deyir ki, pişiyi səhərə yaxın saat 1 radələrində tapıb. Onun cansız cəsədi səkidə uzanıbmış. Qonşu fikirləşib ki, pişiyi maşın vurub. Amma onların küçəsi çox sakit olur adətən.

O, Chantelle-ə deyib ki, pişiyin bədənini örtmək üçün içəri örtük dalınca keçib. Geri qayıdanda isə pişiyin cəsədi orada olmayıb. Qonşu zənn edib ki, onu tülkülər götürüb.

Amma həmin gün Chantelle-ə başqa bir qonşu yaxınlaşıb və deyib ki, o da Scooter-i tapıb.

Bu dəfə isə pişik səhər saat 6-nın yarısı qonşunun evinin qarşısında görünüb. Scooter bədəni dartılı vəziyyətdə yerə qoyulubmuş. Amma pişiyin quyruğu səliqəli şəkildə kəsilmiş və bədəni başından başlayaraq qarnı boyunca iki hissəyə bölünmüşdü. Başı yerindən qopardılmış və bədəninin yanına qoyulubmuş.

İkinci qonşu bələdiyyəyə zəng vurur və onlar cəsədi götürürlər. Ona görə də Chantelle cəsədi öz gözləri ilə görmür. Amma o, bir şeydən əmin idi: Scooter-in ölümü qəza deyildi.

Chantelle, M25 - London ətrafında dairəvi magistral yol - boyunca pişikləri öldürən bir qatil haqqında oxuyubmuş. Amma o, bu cür bir hadisənin yaşadığı Britaniyanın cənub sahilində yerləşən St Leonards-on-Sea-də öz pişiyinin də başına gələcəyini ağlına gətirmirdi.

"Mən gecələr pişiklərimin evdən çölə çıxmasına qarşı olmamışam, fəqət olsaydım, Scooter indi sağ olardı," o deyir.

O, əri ilə artıq başqa evə köçməyi planlaşdırır.

"Həyatımda bir neçə dəfə uşaq salmışam, lakin indiki qədər çətinliyə düşməmişəm" Chantelle deyir.

"Ömrümdə heç vaxt qorxu içində yaşamamışam, indi isə həmin şəxs bizim rahatlığımızı pozub."

Scooter-in ölümündə günahkar isə Chantelle-ə görə, 2015-ci ildən bəri Britaniyada pişikləri öldürən qatildir.

Bu vaxt ərzində o (polis qatilin kişi olduğundan əmindir) 370-dən çox heyvanı qətlə yetirib. Onların arasında ev pişikləri çoxluq təşkil edir, amma tülkülər, dovşanlar və vəhşi bala bayquş da var.

Qətllər haqqında ilk məlumat Londonun cənubunda yerləşən Croydon-dan gəldiyinə görə mətbuat qatilə Croydon Pişik Qatili ləqəbi verir.

Lakin az keçmədən Londonun hər tərəfindən pişik ölümləri barədə məlumatlar gəlməyə başlayır və qatilə M25 Pişik Qatili ayaması verilir.

Əslində isə onun ovlağı daha geniş idi - Wight Adası, Kent, Birmingham, Wirral, Sheffield.

İyulun əvvəlində Croydon-un Quaker görüş zalında bir qrup insan yığışır.

Onlar içəridə arfaya qulaq asaraq, ağ sinəli pişiyin böyük şəkli ətrafında şamlar yandırırdılar.

Altar to victims of the cat killer

"Sevgi bunu çözəcək"? - tədbirinin təşkilatçısı 46 yaşlı yerli heyvan haqları fəalı Boudicca Rising əminliklər deyir.

Ötən iki il ərzində Rising və həyat yoldaşı 52 yaşlı Tony Jenkins pişik qatili ovunda əsas fiqurlar olublar.

Əslən Cənubi Afrikadan olan Rising, özünü "dəli pişik aşiqi" kimi təsvir edir və 1994-cü ildə Britaniyaya gəldikdən bəri heyvan xilasetməsi ilə məşğul olur.

O və digər heyvansevər həmkarı Tony beş il əvvəl tanış olduqdan sonra Cənub Norwood Heyvan Xilasetmə və Azadlığı (Snarl) adlı heyvan qoruması xeyriyyə cəmiyyəti yaradırlar.

2015-ci ildə ev heyvanları və tülkülərin öldürülməsi ilə bağlı xəbərlər artmağa başlayır və Boudicca ilə Tony bunun arxasında hər hansı bandanın olub-olmadığını düşünürlər.

"Bundan əvvəlki işim, seksual motivasiyalı heyvan işgəncəsi sayılan və heyvanları əzməklə xarakterizə olunan videolar idi," internetdə heyvanları sıxıb, ölümcül hala salan videolar barədə Boudicca deyir.

Boudicca Rising
Image caption Boudicca Rising bir neçə ildir ki, pişik qətllərini araşdırır

Boudicca və Tony artıq rəsmi şəkildə Croydon-dakı Bələdiyyə Polisi ilə işbirliyi qurub və Takahe Əməliyyatı adı altında xüsusi tapşırıq üzərində işləyirlər.

Polisin bu qətllərə qarışmasında məhz Snarl rol oynayıb. Belə ki, onlar, Bələdiyyə Polisinin rəhbəri ser Bernard Hogan Hove-un da iştirak etdiyi 2015-ci il Croydan icma görüşündə ölümlərlə bağlı məlumatları paylaşıblar.

"Bəzi insanların bu işə istehza ilə yanaşmasını anlayıram," əməliyyatın rəhbəri Xəfiyyə Serjant Andy Colin deyir.

"Amma heyvan sahiblərinin itkisi çox ağırdır."

Snarl polis üçün bir növ təcili yardım rolunu oynayır.

Onlar ölü heyvan tapanlardan xahiş edirlər ki, ilk olaraq Snarl-a zəng vursunlar. Belə ki, Snarl-da qətlin həmin qatil tərəfindən törədildiyi və ya yol qəzası olduğu, yaxud başqa qəddarlıq yolu ilə həyata keçirildiyini müəyyənləşdirmək üçün siyahı var.

Qurban aşkarlandıqda onlar qətl yerini qeydə alır, heyvanın mikroçipini yoxlayır və yerdə izlər axtarmağa çalışırlar.

Chantelle-in pişiyi Scooter-in ölümü kimi bəzi hallarda isə onlar gecikirlər və bələdiyyə bədəni artıq götürmüş olur. Amma bədənləri yoxlamaq imkanı sayəsində Snarl, pişiklərin eyni şəxs tərəfindən öldürüldüyünü deyə bilir.

"Bizim üçün açıq-aydın əlaqəsi olan hallarla məşğul olmaq çox vacibdir," Andy Collin deyir.

"Mümkündür ki, bəzi insanlar da qatili təlqin edərək axına qoşulublar."

view of houses from behind
Image caption Qatil evlərin arxasındakı dar yollarda və gizli cığırlarda pusqu qurur

Snarl-ın işi qatilin ölüm üsulları haqqında təsəvvür yaratmaqda kömək olub.

O, adətən gecələr yaşayış sahələrinə yaxın gəzişərək, heyvanları heyvan qidası və ya toyuq əti ilə özünə cəlb edir. O, heyvanları dərhal öldürür və sonra ən azı yarım saat gözləyir ki, qan laxtalansın.

O, heyvanların başını, pəncələrini və quyruqlarını kəsir, eləcə də onların bədənlərini ortadan iki yerə ayırır. Çox zaman heç bir qan izi qalmır və bu da qatilin qurbanı başqa yerdə kəsdiyi mənasına gəlir. Sonra isə o cansız bədənləri hücum etdiyi yerə, bəzən isə uşaq parkı kimi ictimai yerlərə gətirib atır. O hətta, bir əraziyə iki dəfə hücum edib.

"Məncə, burada inamsızlıq elementi nəzərə çarpır," Boudicca hücumların hürküdücü təbiətinə istinadən deyir.

"Bundansa yaşanan başqa hadisələrlə məşğul olmağa üstünlük verən insanlar çoxdur."

Bu inamsızlıq, Snarl-ın Facebook səhifəsində qəzəbli yazılara səbəb olub. Snarl-ın problemi şişirtməsi ilə bağlı narazılıqlar baş qaldırıb. Bəziləri deyir ki, pişiklər ya tülkülər tərəfindən, ya da hər hansısa qəza nəticəsində ölürlər.

"Səhifəmizi izləyən trollar da az deyil," bəzi istifadəçilərin büdcədən düzgün istifadə etməmək və problemin miqyası haqqında yalan yaymaqda ittiham etdikləri Boudicca deyir.

"Amma mən düşünürəm ki, qəzəbi göstərmək işə yarayır. İcmaların bunu dayandırmalarını istəmirəm, çünki bu işin sonu yaxşı olmayacaq."

Tənqidçilərlə yanaşı Snarl, məlumat vərəqələri payladıqdan sonra, daha çox Londonda onu dəstəkləyən bir qrup da yığa bilib. Bəzi insanlar iyunda baş tutan xatirə gecəsinə də gəliblər.

"Pişik qatili haqqında məlumatsız olan o qədər çox insan var ki," vərəqə paylayan Julie deyir.

Julie tam adını vermək və ünvanını demək istəmir. O, hədəfə çevrilməkdən qorxur. İcmadakı narahatlıq və inamsızlıq o qədər böyükdür ki, bəziləri qatilin öz aralarında olduğunu düşünür.

"Təbii ki, biz də bunu yadda saxlayırıq," o deyir.

"Ümid edirik ki, belə deyil, amma yaddan da çıxarmırıq."

leaflets

Bu insanlar qatil kimi karyeralarına heyvanlara ziyan verərək başlayırlar.

Polis xəfiyyəsi Andy Collin, Böyük Britaniyadakı (BB) heyvan qatilinin diqqətini insanlara yöndləndirməsindən qorxur.

Milli Cinayət Agentliyinin qatil ilə bağlı təsvirinə, onun qadınlar və ya bir qadınla yaşadığı problem daxil edilib.

"Pişiklərin hədəf olmasına səbəb, onların qadınlarla əlaqələndirilməsi ola bilər. Qatil ola bilsin ki, onu narahat edən bir qadın və ya qadınlarla başa çıxa bilmir," Collin deyir.

"Əgər bunu edən bir nəfərdirsə, onun nə zamansa cəsarət toplayıb, yaşlı qadınlar və gənc qızlar kimi özündən zəif kəsləri hədəf edəcəyindən narahatıq."

Collin deyir ki, əgər ələ keçərsə, qatil cinayətin zərərinə görə ittiham ediləcək. Amma Collin onun daha ciddi ittihamlarla tutulacağına ümid edir.

Öz sözlərinə görə, qatili hələ tuta bilmədiklərinə görə xəfiyyə "çox əsəbidir".

Police officer picks up a dead cat Fotonun müəllifi Alamy
Image caption Polis 2016-cı ildən bəri heyvan ölümlərini araşdırır

Bu ilin avqustunda onun komandası, Londonun cənubunda yerləşən Caterham-da hücum yerinə yaxın görülən kişini tutmağa çalışan şahidlərin təsviri əsasında, qatilin detallarını yayıb. Yaxınlıqdakı Orpington-da da həmin kişini görənlər olub.

Deyilənlər görə kişi, 40 yaşlarındadır, qısa qəhvəyi saçları var, tünd geyimlidir və çox güman ki, üzündə çapığı var və eləcə də əlində fənər gəzdirir.

"Təqdirəlayiq olsa da, bundan əmin deyiləm," Collin deyir.

Hücumların əksəriyyətinin sakit yaşayış yerlərinə yaxın baş tutması onun işini ləngidir.

"Bizə tez-tez deyilir ki, biz, dünyada təhlükəsizlik kameralarının ən çox olduğu ölkədə yaşayırıq," Collin deyir.

"Amma şəhərətrafı küçələrdə insanlar, kameraları öz evlərinə tərəf tuturlar."

Heç məhkəməlik dəlil də əldə olunmayıb.

Pişik tükündən DNT-i müəyyənləşdirmək də mümkün deyil və olsa belə, Collin söyləyir ki, bu qatilin izi anlamına gəlməyə də bilər.

O düşünür ki, qatil əlcək taxır.

"Əgər qatil kimi gecə küçəyə çıxırsansa, əlcəklərin çox güman ki, əllərində olacaq," o deyir.

"Başının üstündə böyük afişa ilə gəzməyəcəksən ki?!"

Polisin bu istintaqda irəliləyə bildiyi bir məqam, cinayətlərin coğrafi profilidir.

Addiscombe - Croydon-dan kənarda - qətllərin başladığı ilk yer kimi görünür. Qatilin hədəf seçdiyi bir çox yerlər kimi, burada da uzun arxa küçələr və gizli cığırlar çoxdur. Bu isə gecə vaxtı bağlara asanlıqla girib-çıxmaq üçün əla imkan yaradır.

Street
Image caption İz, Londonun cənubunda yerləşən Addiscomb-a aparır

"Bu adamı Addiscombe ilə bağlayan bir şey var," Collin deyir.

"Həmin adamın uşaq ikən yaşadığı ev ola bilər. Yaxud ola bilsin ki, nənəsinin evidir və ya hazırda yaşadığı yerdir. Onların nə vaxtsa yaşadığı və özlərini rahat hiss etdikləri və ya məktəbə getdikləri bir yer."

Sentyabra Britaniyanın ilk məhkəmə laboratoriyası, qatilin qurbanları hesab olunan onlarla pişiyin yenidən yoxlanışına qərar verib.

Surrey Universitetində yerləşən laboratoriya heyvanlar üçün CSI (azərbaycanca hadisə yeri araşdırması) hesab olunur.

"Biz, heç vaxt görmədiyimiz bir işi yerinə yetiririk - prosesin müxtəlif elementlərini məhkəmə səviyyəsində gözdən keçiririk," universitetin sözçüsü Dave Ferguson deyir.

Pişiyi Ivy-nin bədəninin 15 ay dondurucu kamerada qalmasına razılıq verən Naomi, yenidən yoxlanışın ədalətin bərpasında rolu olacağına inanır.

Ivy
Image caption Ivy

Northamptonshire-də yaşayan Naomi, bir səhər pişiyini səhər yeməyinə səsləyir və o gəlmir.

O, dərhal qonşuluğu ayaqla gəzməyə başlayır və az keçmədən Ivy-nin başsız bədənini bir yol kənarında tapır.

"Çox emosional idim. Dayanmadan ağlayırdım," o deyir. Ivy-nin başını axtarsa da tapa bilməyib.

Depressiya və narahatlıq ucbatından Naomi, üç həftə işdən icazə almalı olub. Hələ də qarabasma və pis yuxudan əziyyət çəkdiyini deyir.

"Əgər pişiyi maşın vursa, qəza kimi qəbul edirsən," o deyir.

"Bu isə tamamilə başqa bir şeydir. Ağırdır və qəzəb yaradır."

Boudicca Rising ümid edir ki, Naomi və Chantelle-in hekayələri insanların emosional zədəni anlamasına kömək olacaq və daha çox şahidi qabağa çıxmağa həvəsləndirəcək.

"Baxmayaraq ki, daha geniş ərazilərə hücum edib, insanlar hələ də cinayətkarı Croydon pişik qatili kimi qəbul edirlər. Ən böyük problemimiz də budur," o deyir.

"Ümid edirəm ki, insanlar pişiklərini evdə saxlayacaq, qəribə davranış görər-görməz polisə bildirəcəklər."

"Ən böyük ümidim isə kiminsə onun həbsinə nail olacağıdır.

"Fotoları təmin edən - Emma Lynch

Pişiklərin şəkilləri pişik sahiblərinin icazəsi ilə götürülüb

Əlaqəli mövzular

Bu barədə daha geniş