Kylie Jenner kimdir və 20 yaşında necə multimilyonçu oldu?

Kylie Jenner Fotonun müəllifi Getty Images
Image caption 20 yaşlı Kylie milyaredr olmaq yolunda irəliləyir

Kylie Jenner barədə eşitməmişsinizsə çox güman ki, 20-ci əsrin sonunda meydana gələn nəsil millenial və yaxudda Y nəslinə aid deyilsiniz.

O, Kardashian-Jenner ailəsinin ən gənc vərəsəsi, sahibkar, televiziya realiti-şou ulduzu və sosial-medianın nüfuzlu şəxslərindəndir.

Son zamanlar o, öz ailə üzvlərindən daha çox məşhurluq qazanıb.

Kardashian-larla ayaqlaşmaq

Bu yaxınlarda Forbes dərgisi "Keeping up with the Kardashians" realiti- şousunun 20 yaşlı ulduzunun 900 mln dollara sahib olduğunu yazıb.

Dərgiyə əsasən Kylie Jenner öz əməyilə sərvətini qazanan (self-made) ən gənc milyardçıya çevrilmək əzmindədir.

Fotonun müəllifi Getty Images
Image caption Kylie Jenner dodaq kosmetik dəstinin satışlarına iki il əvvəl başlayıb.

Kardashian klanının ən gənc üzvü öz kosmetika brendinin istehsalına üç il əvvəl başlayıb.

Ailənin ən məşhur üzvü - Kim Kardashian West öz karyerasını 10 il əvvəl başlasa da onun şəxsi sərvəti nisbətən azdır - 350 milyon dollar.

Bəs görəsən Kylie qısa müddət ərzində bu qədər varlanmağa necə nail olub?

Kosmetika istehsalı

Kylie hələ 2015-ci ildə zahirən necə göründüyündən əmin olmadığı üçün dodaq dolğusu etdiyini deyən sonra Kylie Cosmetics brendini təsis edib.

Ənənəvi istehsalçılardan fərqli olaraq onun kosmetikası yalnız internet üzərindən təklif olunur. Tələbatın çox olduğu üçün kosmetika demək olar ki, ani satılır.

Kylie ilk öncə sosial media dahisidir.

Onun 111 mln. Instagram davamçısı 18-34 yaşlarındadır və bu yaş təbəqəsi kosmetika şirkətinin hədəflədiyi müştərilər dairəsi ilə üst-üstə düşür.

lavə xərcləri cüzidir"

Forbes jurnalına əsasən Kylie-yə məxsus şirkətlərin mədaxilinə nisbətdə "əlavə xərcləri cüzidir".

Kylie Cosmetics-də 12 nəfər işləyir, onlardan yalnız 7-si tam ştatda olan əməkdaşlardır.

Biznes əməliyyatlarının qalan hissəsi və istehsal prosesi şirkətdən kənar qurumlara həvalə olunub.

Fotonun müəllifi Getty Images
Image caption Kylie-nin anası - Kris gəlirin 10 faizi müqabilində uşaqlarının biznesini idarə edir.

Kylie-nin geniş sosial media nüfuzuna görə marketinq də çox ucuz başa gəlir.

Ana və menecer - Kris Jenner

Kris Jenner - ana və menecer - uşaqlarına məxsus layihələrin biznes tərəfini idarə etməklə ailə işini multimilyardlıq imperiyaya çevirib.

Bunun müqabilində o, hamıdan 10 faizlik ödəniş alır və maliyyədən tutmuş PR əməliyyatlarınadək bir çox sahəni idarə edir.

Fotonun müəllifi Getty Images
Image caption Sosial mediada Kylie-nin izləyicilərinin toplam sayı 160 milyona çatıb.

Kylie-nin buraxdığı dodaq kosmetika dəstlərinin ani satışından sonra, bu, sahə bir biznes fürsəti kimi onun anasının diqqətini cəlb etdi.

O, Shopify ticarət platformasından istifadə etməklə Kylie Cosmetics satışlarını genişləndirməyə müvəffəq oldu.

Kylie anadan gəlmə zəngin olub

Forbes jurnalı Kylie-nin öz zəhmətilə sərvətini qazanan sahibkar olduğu barədə iddiası internetdə lağa qoyulub.

İnsanlar xanım Jenner-in "self-made" olduğuna şəkk edirlər.

Fotonun müəllifi Getty Images
Image caption Kardashian və Jenner bacıları öz brend və marketinq sövdələşmələrinə sahibdir

10 il əvvəl uğurlu və yüksək gəlirli "Keeping up with the Kardashians" realiti-şousunun yaranmasından sonra onun ailəsi daima pop mədəniyyətinin diqqət mərkəzində qalaraq məşhurlaşıb.

Kardashian və Jenner-lər reklamdan tutmuş, geyim və kosmetikaya qədər bir çox sahəni əhatə edən bizneslər sahibdirlər.

Sosial media istifadəçilərdən bir çoxu hesab edir ki, zəngin ailəyə məxsus olmağı ilə yanaşı 10 yaşından bəri realiti-şouda çıxış etdiyinə görə Kylie-ni "self-made" adlandırmaq düzgün deyil.

Fotonun müəllifi Getty Images
Image caption 37 yaşlı Kim Kardashian West, Kylie-dən daha az pulun sahibidir. Onun sərvəti 350 mln dollar təşkil edir.

Kim Kardashian öz bacısını müdafiə edərək deyir ki, Kardashian və Jenner-lər valideynlərindən "məsləhətdən" başqa bir şey almayıblar.

Reklamı da unutmayın

TV çıxışları ilə biznes imperiyasından başqa Kylie həmçinin sosial mediada reklamla məşğuldur.

O, ayaqqabı istehsal edən Puma şirkətilə əməkdaşlıq edir, bacısı Kendal Jenner-lə geyim biznesini idarə edir.

Xəbər verilir ki, bunların hamısı 60 mln. dollar dəyərində əlavə gəlir gətirir.

Bu barədə daha geniş