Başqalarının seks həyatı sizinkindən daha yaxşıdırmı?

Yataqda Fotonun müəllifi iStock

Bizə elə gəlir ki, başqa insanlar bizdən daha çox cinsi əlaqədə olurlar. Bu düşüncənin səbəbləri bizim heyvani instinktlərimizdə yatır və bəzən təhrikedici qüvvə şüursuz qeyri-obyektivlik olur.

Araşdırmalar göstərir ki, biz gənclərin reallıqdakından daha çox sekslə məşğul olduğunu düşünürük. Xüsusilə də kişilər, gənc qadınların seks həyatı haqqında yanlış yanaşmaya malikdirlər.

Ipsos mərkəzinin uzun müddətdir ki, bu yanlış anlaşılma üzərində apardığı və bu yaxınlarda Qavrayışın Təhlükələri (The Perils of Perception) adlı kitab şəklində çap olunacaq araşdırmasının bir hissəsi kimi biz, ötən dörd həftə ərzində Britaniya və ABŞ-da insanlardan ölkələrindəki 18-29 yaş arası gənclərin nə qədər çox cinsi əlaqədə olduğu haqqında düşüncələrini soruşduq.

Ortalama təxminlər, hər iki ölkədəki gənc kişilərin ötən ay ərzində 14 dəfə sekslə məşğul olduğunu göstərib. Lakin seksual davranışın detallı sorğusuna əsasən, əsl rəqəm Britaniyada beş, ABŞ-da dörddür.

Təxminlərimiz bir gənc kişini bir gündən bir - ildə təxminən 180 dəfə - cinsi əlaqədə olduğu mənasına gəlir. Real illik göstərici isə 50 dəfədən o tərəfə keçmir.

Fəqət təxminlərimizdəki yeganə yanlış bu deyil. Həm ABŞ, həm də Britaniyada kişilər gənc qadınların seks həyatını tamamilə səhv qavrayırlar.

Britaniyadakı kişilər gənc qadınların ayda 22 dəfə, ABŞ-dakı kişilər isə qadınların ayda 23 dəfə cinsi əlaqədə olduğunu düşünürlər. Yəni, bir gənc qadın hər gün, hər ayın bir xüsusi tarixində isə gündə iki və ya üç dəfə sekslə məşğul olur. Reallıq: təxminən ayda beş dəfə.

Bu qədər yanlış düşüncə mövcudluğu bizim necə fikirləşdiyimiz və bu barədə bizə öyrədilənlərin də səhv olduğunu göstərir.

Nəslimizin artması məhz seksdən asılıdır. Lakin bu da yanlış qavramlar ilə doludur. İnsana xas bir çox əsas davranışlarından fərqli olaraq seks, adətən bağlı qapılar arxasında baş verir (və seksin geniş kütlələrə təqdim edilən forması heç də normanın tam dəqiq təsviri deyil).

Fotonun müəllifi iStock
Image caption Tinder kimi tanışlıq proqramlarının inkişafı, başqalarının seks həyatının daha rəngli olduğu təsəvvürünü yaradıb

Bizim real həyatda yaşanan müqayisəli informasiyaya çıxışımız az olduğuna görə, başqa mənbələrə əl atırıq: oyun meydançası və ya soyunma otağı söhbətləri, şübhəli sorğular, nalayiq media xəbərləri və pornoqrafiya.

Bunlar isə bizim reallıq baxışımızı qarışdıran ekstremal nümunə və təhlükəli lətifələrdən başqa bir şey deyil.

Eyni sorğu çərçivəsində biz başqa bir sual da təqdim etmişdik: üç fərqli ölkənin adamlarının 45-54 yaşına qədər bir insanın həyatında neçə seks partnyoru olduğu barədə fikirləri. Bu zaman isə kişilərin cinsi partnyoru barədə daha dəqiq cavablar aldıq.

Avstraliya və Britaniyada 45-54 yaşına qədər bir kişinin həyatında orta hesabla 17, ABŞ-da isə 19 partnyor olur. Təxminlər demək olar ki, rəsmi rəqəmlərlə üst-üstə düşüb.

Lakin kişilərlə qadınları müqayisə edincə daha da maraqlı mülahizələrlə üzləşdik. Birinci fərq, faktiki məlumatlardadır. Seksual davranış sorğularında qadınların iddia etdiyi partnyor sayı kişilərin dediklərindən qat-qat aşağı olub.

Qadınlar kişilərin təxminlərinin yarısını iddia ediblər. Bu isə seksual davranış ölçüsünün ən böyük müəmmalarından biridir və seksual sorğularda hər dəfə üzə çıxsa da, statistik baxımdan qeyri-mümkündür.

Kişi və qadınların iddia etdiyi cütlük səviyyəsi və bu səviyyənin (heteroseksual) əhali ilə təxminən bərbərlik təşkil etdiyini nəzərə alsaq, rəqəmlər də üst-üstə düşməlidir.

Fotonun müəllifi iStock
Image caption Amerikalı kişilər, amerikalı qadınların real göstəricidən ikiqat tərəf müqabili olduğunu düşünürlər

Kişilərin fahişələri istifadəsindən tutmuş, cinslərin sualı fərqli qavrayışına qədər (məsələn, qadınlar kişilər fikirləşdiyi qədər seksual təcrübə yaşayırlarmı) bu barədə bir sıra təklif olunan şərhlər mövcuddur.

Lakin bu, kişilərin bilərəkdən və ya bilməyərəkdən bədənlərini şişirtməsi və qadınların bədənlərini arıq saxlamağa çalışması tendensiyaları ilə çulğalaşaraq daha çox tendensiyalar qarışığı kimi və daha kobud və hazır şəkildə təzahür edir.

ABŞ-da tələbələr arasında aparılan bir araşdırmaya nəzər salaq. Araşdırmada iştirakçıların şəxsi seksual davranışını soruşmamışdan əvvəl onları üç qrupa bölüblər.

Anketi dolduran bir qrup qadını otaqdan tək qoyublar. Digər qrup isə anketi dolduran əsnada nəzarət olunacağına inandırılıb. Üçüncü qrup isə saxta yalan detektoru maşınına qoşulub.

Cavablarının izləndiyini zənn edən qadınlar orta hesabla 2,6, standart anonim anket doldurduğunu düşünənlər 3,4 və yalançı siqnal verən maşına qoşulanlar 4,4 seksual partnyor qeyd ediblər. Sonuncuların cavabı araşdırmada iştirak edən kişilərin cavab ilə uyğun olub.

ABŞ-da əldə olunan məlumatların bir narahatedici yanı da var. Qadınlar haqqında ABŞ-lı kişilər və qadınlar tamamilə fərqli düşüncəyə sahibdirlər.

Amerikalı kişilər amerikalı qadınların ortalama 27 partnyoru olduğunu düşündüyü halda, amerikalı qadınlar 13 deyirlər. Qadınların təxmini həqiqi rəqəm olan 12 ilə üst-üstə düşür.

Fotonun müəllifi iStock
Image caption Bir araşdırmada saxta yalan detektoruna qoşulan qadınlar seksual tərəf müqabili sayını ən çox yazan qrup olub

ABŞ-lı kişilərin qadınlar barəsində bu fərziyyəsinin əsas səbəbi, amerikalı qadınların çox sayda kişi ilə birlikdə olduğunu düşünən kişilərinin sayının azlığıdır. 1000 ABŞ-lı kişidən iyirmisi 50 və ya (bəzən çox) yuxarı rəqəm göstərib.

Bizim yanlış qavrayış vərdişimiz adətən dünyaya baxışımızı göstərir. Belə ki, 'normal' qəbul etdiyimiz təxminlərimiz daxili münasibətimiz daha avtomatik və 'süzgəcdən keçirilməmiş' şəkildə üzə çıxarır. Araşdırma, gənc kişi və qadınlar haqqında ürpədici yanlış baxışı təzahür etdirib.

Başqa yanlış anlayışlar kimi burada da cavab insanların baxışını faktlarla düzəltməklə yanaşı, səbəbləri tapıb, onları həll etməkdir.

Bu barədə daha geniş