Qış yaxınlaşır, havalar soyuyur, hazırsanmı?

A woman walking through a park with an umbrella Fotonun müəllifi Getty Images

Qış gəlir.

Yox, həqiqətən. QIŞ GƏLİR.

Havalar daha tez qaralır. Gecələr uzanır.

Qışı sevib-sevmədiyinizdən asılı olmayaraq, bunlar sizi xoşbəxt və sağlam edə bilər. Oxuyun:

Beynimi necə hazırlaya bilərəm?

Qışda əhvalsızlıq bir çoxumuza tanışdır. Çox az sayda insanlar üçün isə bu bir bioloji haldır.

Mövsümi duyğu pozuqluğu fəsil dəyişməsi zamanı baş verən klinik depressiyadır.

Onun necə yarandığı barədə hələ araşdırmalar aparılmasa da, günəş işığı azlığının yuxu siklinə təsiri barədə nəzəriyyələr mövcuddur.

Fotonun müəllifi PA
Image caption Qışda qısa günlər daha az günəş işığı deməkdir

Royal Psixiatrlar Kollecindən Dr. Cosmo Hallstrom izah edir ki, bu həm "təbii hibernasiya (qış yuxusu) fenomeni" ilə, həm də melatonin hormonu ilə bağlı ola bilər.

Bununla başa çıxmağın yollarına, o əlavə edir, günəşi imitasiya edən işıq qutusu və günəşli ölkələrə mütəmadi səyahətlər daxildir.

NHS (Britaniya Səhiyyə Nazirliyi) də işıq qutularını məsləhət bilir. Belə ki, gün ərzində 30-60 dəqiqə işıq qutusundan istifadə etməklə fərq yaratmaq mümkündür.

Lakin əhvalınızı yaxşılaşdırmaq üçün təkcə havanı yox, sağlam qidalanma və idman vasitəsilə həyat tərzini dəyişmək də məsləhətlidir.

Bədənimi necə hazırlaya bilərəm?

Qış ayları ilə bağlı xəstəlikləri dəf etmək üçün sağlam qidalanma və idman ən yaxşı vasitədir.

NHS, daimi meyvə, tərəvəz, süd və qatıq - ağartı məhsulları protein, A və B12 vitaminləri və kalsiumla zəngindir - qəbul edərək immun sistemini gücləndirməyi məsləhət bilir.

Qış tərəvəzləri - yerkökü, cır yerkökü, ağ şalğam, ağ turp - qızartma, püre və a şorba şəklində çox xeyirlidir.

Lifli və nişastalı qidalarla zəngin səhər yeməyləri xəstəlikləri sizdən uzaq tutacaq. Mütəmadi idman etmək də bu yolda köməkçiniz olacaq.

"Qış yorğunluğunu" kənarlaşdırmaq üçün isə Britaniya Səhiyyə Nazirliyi "təbii gün işığında mümkün qədər çox vaxt keçirməyi" tövsiyə edir. Stress meditasiyası da işə yarayar.

Soyuq aylarda başqalarına necə kömək edə bilərəm?

Birləşmiş Krallıqda bəziləri üçün hava ciddi təhlükədir.

Ötən 12 ay ərzində BK-da ən az 449 evsizin öldüyü deyilir. Onlardan bəziləri donaraq ölüb.

NHS məsləhət bilir ki, qış ərzində evlərdə minimum 18 dərəcə selsi istilik saxlanılsın. Bu, ələlxüsus sakinləri məhdud hərəkətli, 65 yaşdan yuxarı və ya sağlamlıq problemləri olan evlərə aiddir.

Əgər evini isitməyə çətinlik çəkən insan tanıyırısınızsa, o zaman Winter Fuel Payment və ya Cold Weather Payment-dən yararlanmağı tövsiyə edə bilərsiniz.

İnsanlar həm də Energy Savings Trust vasitəsilə evlərini izolə etdirə bilərlər.

...maraqlı şeylər də az deyil

Fotonun müəllifi Getty Images

Uzun gecələrə baxmayaraq, qarşıdan gələn aylar maraqlı şeylər də vəd edir.

Cəsarətli gəzintiləri sevənlər xizək sürə, buza dırmana bilərlər.

Bir çoxları isə çox güman ki, soyuqdan uzaq durmağa çalışacaq.

Fotonun müəllifi Getty Images

Vaxtınızı dəyərli keçirmək üçün ilhama ehtiyacınız var?

Danimarkada "hygge" ("hoo-gah" kimi tələffüz olunur) konspekti var ki, mənası birgə fəaliyyət əsasında isti və ya rahat atmosfer yaratmaq incəsənəti deməkdir.

Fotonun müəllifi PA

Hygge sizin həyata yanaşmanızın "fundamental" aspektidir, danimarkalı antropoloq Jeppe Trolle Linnet izah edir və deyir ki, o, bizim qışa necə yanaşmamız ilə üst-üstə düşür.

"Bunun mahiyyəti insanların bir-birinə qarşı qayğısındadır," o izah edir.

"Bir-birinizə diqqət ayırın, keyfiyyətli zaman keçirin, birlikdə istirahət edin və iş və fitnes prinsiplərini bir kənara qoyun."

Fitnesi bir kənara qoyaq? Problem deyil.

Fotonun müəllifi Getty Images

Üzümüzə gələn aylarda öz "hygge"sini axtaranlar üçün ocaq ətrafında gecələr, dostlarla musiqi ifa etmək və ədviyyatlı isti içkilər içməyi məsləhət görə bilərik. Əslində əgər sevdiyin insanların əhatəsindəsənsə, nə etdiyinin fərqi yoxdur.

Adam arasına çıxmağa halınız yoxdur?

Nordik həyat tərzlərindən söz düşmüşkən pantsdrunk-ı yoxlamağa nə deyirsiniz?

Pantsdrunk fin dilində"kalsarikanni" sözündən ingiliscəyə çevrilib və hərfi mənası "evdə alt paltarında təkbaşına spirtli içki içmək" deməkdir.

Bu, Finlandiya mədəniyyətinin o qədər oturuşan bir hissəsinə çevrilib ki, Xarici İşlər Nazirliyi ölkə ilə bağlı bələdçisində ondan söz açır.

Finlandiyalı yazıçı Miska Rantanen konseptin uzun və soyuq qış gecələrində çölə çıxmaq istəməyən insanların evdə içib, əylənməsi nəticəsində yarandığını deyir.

Odur ki, narahat olmağa dəyməz. Qış gecələrində hər kəsin edə biləcəyi bir şey var.

Bu barədə daha geniş