Ana müsəlman, ata xristiandırsa Milad bayramını necə keçirməli?

Fotonun müəllifi Clair MacDougall
Fotonun müəllifi Clair MacDougall

Əhalisinin böyük əksəriyyəti müsəlman olan Burkina-Faso son zamanlar islamçıların hücumlarına daha tez-tez məruz qalır. Dünən axşam Arbinda şəhərində cihadçıların basqını nəticəsində 31-i qadın olmaqla, 35 dinc sakin həlak olub.

Amma pis xəbər başlıqları arasında bu qədər qorxulu olmayan mənzərə də var. Ölkədə müxtəlif dinlərin nümayəndələri arasında normal münasibətlər mövcuddur. Əhalinin təxminən dörddə biri xristianlardır və həm müsəlmanlardan, həm də xristianlardan ibarət ailələr kifayət qədər çoxdur.

Jurnalist Clair MacDougall paytaxt Uaqaduquda yaşayan belə ailələrdən birini ziyarət edib.

Short presentational grey line

Beş yaşlı İris Osnia Ouattara valideynləri həm katolizmin, həm də islamın əsaslarını öyrədirlər, çünki atası Denis Ouattara katolik, anası Afoussatou Sanou müsəlmandır.

Ailə həm Milad, həm də İd-əl-Fitr (Uraza) bayramlarını qeyd edir.

Uşaq Santa Clausun fotosu ilə Fotonun müəllifi Clair MacDougall
Presentational white space

İris Santa-Klausu hələ lap balaca olanda görüb - Denisin işlədiyi sement şirkətindəki Milad bayramında. Həmin gün çəkilmiş şəkil evin ən görkəmli yerindən asılıb.

Denis qızına xristianların, Afoussatou isə müsəlmanların həyat tərzini öyrədir.

"Qızım məminlə məscidə gedir, bazar günlərində isə atasıyla kilsəyə" -Afoussatou belə deyir.

Qadın dua edir Fotonun müəllifi Clair MacDougall
Presentational white space

O, gündə beş dəfə öz evində namaz qılır, cümə günlərisə məscidə gedir.

Bəzən İris də hava işıqlaşanda oyanıb anasıyla birlikdə sübh namazı qılır.

Afoussatou deyir ki, "İslam dözümlülük təbliğ edir, insanları olduqları kimi qəbul etməyi öyrədir".

qız kitab oxuyur Fotonun müəllifi Clair MacDougall
Presentational white space

İris dəstəmaz almağı və dua oxumağı uşaqlar üçün olan dua kitabından öyrənir.

Evdə "Zəbur" kitabı da var, səhifələrindəki əl izlərindən görünür ki, onu tez-tez vərəqləyirlər.

Xristian kitabı Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Denis və Afoussatou 6 ildir ki, bir yerdədirlər. Onlar Burkina-Fasonun ikinci böyük şəhəri olan Bobo-Diulasodan təxminən 150 kilometr aralıdakı Tussiana şəhərində tanış olublar.

2020-ci ildə cütlük həm islama, həm də xristianlığa aid ənənələrin yer alacağı nikah mərasimi keçirəcək.

Denis qısa bir müddət üçün müsəlman olmağa razıdır. Sən demə, gəlinin qohumlarını razı salmaq üçün bəzi xristian kişilər bu yola əl atrılar və toydan sonra yenidən xristianlığa dönürlər.

ailə Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Denis deyir ki, onlar evlənmək qərarına gələndə, bu, çoxlarının xoşuna gəlməyib: "Hətta atam da ilk vaxtlar bu fikrə şübhəylə yanaşırdı".

"Əvvəl vəziyyət xeyli mürəkkəbiydi. Atam etriaz etmirdi, amma anam razı deyildi. Kişi xristian, qadın müsəlman olanda valideynlər buna yaxşı baxmırlar" - Afoussatou belə deyir.

O, Denislə münasibəti üçün hələ də anasından xeyir-dua almağa çalışır.

Velosipeddə qadın Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Burkina-Fasoda bir çox ailələrin müsəlman, xristian və spiritualist üzvləri var, kilsələr və məscidlər çox vaxt həm müsəlmanların, həm də xristianların üzünə açıq olur.

Bütün bunlara görə Burkina-Faso dini dözümlülük nümunəsi hesab olunur.

Afoussatou-nun çoxlu xristian dostu var. Kilsədəki Milad mərasiminə getməsə də, Denisin ailəsiylə birlikdə bu bayramı qeyd edir.

O, həm Ramazanı, həm İd-əl-Fitri, həm də Miladı bayram hesab edir.

kilsə Fotonun müəllifi Clair MacDougal
Presentational white space

Milad bayramında Günahsız Doğuş Kilsəsi camaat üzvləriylə dolu olur.

Adətən, kilsələr polis tərəfindən mühafizə edilir. Çünki son vaxtlar xristianlar da, müsəlmanlar da cihadçıların hücumlarına məruz qalırlar.

Milad bayramından əvvəlki günlərdə kilsə rəhbərləri insanlara ayıq-sayıq olmağı, böyük çantalar götürməməyi və şübhəli görünən hər şey barədə polisə xəbər verməyi məsləhət görüblər.

Yeni il yolkası Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Evlərini bəzəmək istəyənlər kilsənin yanından üstü süni qarla bəzədilmiş yolka götürə bilərlər.

Kişi dua edir Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Milad günü Denis İris-lə birlikdə Uaqaduqu kilsəsinə gedir, sonra bütün ailə Denis_in əmisinin evində toplaşır.

"Mənin dinim mənə bütün insanları sevməyi və qəbul etməyi öyrədir. Yalnız allah hökm verə bilər" - Denis belə deyir.

Qız kilsədə dua edir Fotonun müəllifi Clair MacDougall

İris-in valideynləri istəyirlər ki, böyüyəndə hansı dini seçəcəyinə o özü qərar versin. Hələliksə İris həm kilsəyə, həm məscidə gedir.

Qızlarının qərarı nə olur-olsun, Denis və Afoussatou onu qəbul edəcəklər.

Denis deyir ki, universal həqiqət dinlərin hamısında var.

Və o hesab edir ki, "Sevgi bütün dinlərdən üstündür".

Presentational white space
Ürək formasında brelok Fotonun müəllifi Clair MacDougall
Presentational white space

Mətn və fotolar Clair MacDougall-a aiddir.

Bu barədə daha geniş