Koronavirus: Azərbaycan və qonşularında boşalan küçələr

Fotonun müəllifi OZAN KOSEA/FP via Getty Images
Image caption Tramvay İstanbulun demək olar ki, boşalmış İstiklal prospekti boyunca irəliləyir. Foto martın 17-də çəkilib. Türkiyə məscidlərdə kütləvi dua mərasimlərini dayandırıb, ictimai yerlər, o cümlədən kinoteatrlar bağlıdır.
Fotonun müəllifi OZAN KOSE/AFP via Getty Images)
Image caption Bosfor boğazı sahilində, Qalata körpüsü üzərində restoranın boş masaları pəncərələrində əks olunur. Foto martın 17-də çəkilib. Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, teatrlar, kinoteatrlar, konsert zalları, canlı musiqinin olduğu restoranlar, qəlyan kafeləri, çayxanalar, qəhvəxanalar, gecə klubları, barları müvəqqəti olaraq martın 16-ı gecədən sonra bağlanıb.
Image caption Bakının mərkəzindəki Nizami küçəsində hər zaman olduğundan daha az insan nəzərə çarpır.
Image caption Fəvvarələr meydanında yerləşən Ajda restoranı müvəqqəti olaraq bağlanması barədə qapısına elan vurub. Bura Bakının mərkəzindəki canlı musiqi məkanlarından biridir.
Image caption Bakı - foto martın 18-də çəkilib. Azərbaycanda bu günədək koronavirusa yoluxanların sayı 27-yə çatıb. Onlardan bəziləri sağalıb, rəsmi məlumatlarda deyilir.
Fotonun müəllifi Sergei Savostyanov
Image caption Moskva məktəblərindən birində təmizlikçilər məktəb otağını dezinfeksiya edir. Moskva hakimiyyəti valideynlərə uşaqlarını məktəbə göndərib-göndərməməkləri barədə qərarı özlərinin verməsinə imkan verib. Martın 18-dək Rusiya 100 koronavirus halının qeydə alındığını bildirib. Onlardan 50-i Moskvadadır.
Fotonun müəllifi Anadolu Agency via Getty Images
Image caption Moskvadakı Mərkəzi Univermaq bomboşdur - foto martın 17-də çəkilib.
Fotonun müəllifi Fatemah Bahrami/Anadolu Agency via Getty Images
Image caption Bu şəkil İranın Qum şəhərində martın 17-də çəkilib. Burada koronavirusa yoluxanların və ölənlərin sayı artmaqdadır. İmam Həsən əl-Əskəri məscidi virusun yayılması qorxusu ilə bağlıdır. İranda koronavirusdan ölənlərin sayı 1135 nəfəri keçib. Bu virusa yoluxanların sayı martın 18-ə olan məlumata görə 17361 nəfərdir.
Fotonun müəllifi HUSSEIN FALEH/AFP via Getty Images
Image caption İranın Bəsrə şəhərində maskalı qadın boşalmış küçədə yeriyir. Foto martın 17-də çəkilib. Bəsrə icra hakimiyyəti şəhərdə komendant saatı elan edib. Ümumilikdə, 18 İraq əyalətində bir neçə günlük komendant saatı elan edilib. İranda martın 18-ə olan məlumata görə, koronavirusdan sağalanların sayı 5389 nəfərdir.
Fotonun müəllifi Melik Baghdasaryan\TASS via Getty Images
Image caption Yerevanda bağlanmış restoran. Foto martın 14-də çəkilib. Məktəblər, universitetlər, muzeylər, restoran və kafelər bağlıdır. Dünya Səhiyyə Təşkilatı deyir ki, Ermənistan tibb sistemi koronavirus epidemiyasına hazır deyil.
Fotonun müəllifi Melik Baghdasaryan
Image caption Yerevan küçələri. Foto martın 14-də çəkilib.
Fotonun müəllifi Melik Baghdasaryan\TASS via Getty Images
Image caption Yerevanda boşalmış küçələr. Foto martın 14-də çəkilib.
Fotonun müəllifi Davit Kachkachishvili/Anadolu Agency via Getty Ima
Image caption Gürcüstanda küçələrdə maska geyinən insanları çox görmək olar. Foto martın 17-də çəkilib.