Türkiyədə polis binası yaxınlığında partlayış
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Türkiyə: Cizre polis binası yaxınlığında partlayış

Türkiyənin cənub-şərqində yerləşən Cizre şəhərində, polis binası yaxınlığında avtomobilin partlaması ilə azı 11 nəfər həlak olub.

Suriya ilə sərhəddə yerləşən şəhərdə partlayış nəticəsində ölənlərin əksəriyyəti polis işçiləridir.

Hökumət hücuma görə kürd PKK silahlılarını ittiham edir.

Türkiyə iki gündür ki, Suriyada kürd silahlılarına və özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı hücumlara başlayıb.