Bakıda məscidin sökülməsinə etiraz: "Ağa, bu məscidi sökənin evini yıx!"
Bakının Sovetski adlanan ərazisində dindarlar Hacı Cavad məscidinin sökülməsinə etiraz edirlər.
Dindarlara məscidin sökülməyəci deyilsə də etirazçılar bu vədə inamlarının olmadığını bildirirlər.
Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiya Mehbaliyev müxbirimiz Günel Səfərə bildirib ki, məscid sökülməyəcək və ərazidə yeni məscidin tikilməsi planlaşdırılır.
O, həmçinin bəzi etirazçıların saxlanılması barədə məlumatları təkzib edərək, etirazçıların narazılığını müzakirə edib suallarına cavab vermək üçün bir neçə şəxsio polis idarəsinə dəvət edildiyini deyib.
Dindarlar məscidin qarşısında namaz qılıblar.
Müxbirimizin sözlərinə görə hadisə yerində çoxsaylı polis, hərbçi və rəsmi qurumların nümayəndələri var.
Günel Səfərin reportajı.
İlham Əliyev Hacı Cavad məscidinin sökülməsinin dayandırılmasına göstəriş verib
Əli Həsənov bildirib ki, prezident Hacı Cavad məscidinin sökülməsi ilə bağlı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin sökülməsinin dayandırılması və məsələnin hərtərəfli araşdırılması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.