"Bu pula mən harada ev ala bilərəm?" - evi sökülən sakinlər
"Bu pula mən harada ev ala bilərəm?" - evi sökülən sakinlər
Bakının Yasamal rayonu Hüseyn Cavid prospekti 72 ünvanında evləri sökülən sakinlər onlara ödənilən kompensasiyanın məbləğindən narazıdırlar.
"Bu pula mən hardan ev ala bilərəm", bu sualı burada yaşayan hər sakindən eşitmək mümkündür.
Müxbirimiz Günel Səfər sakinlərlə danışıb.

Evi sökülən sakin: "Bizi aldadıblar"
Yasamal rayon sakini Rafiq Həsənov deyir ki, bazar ertəsi axşam saatlarında onun və ailəsinin yaşadığı ev "Olympus Park adlanan özəl tikinti şirkəti tərəfindən zorla sökülüb".