Azərbaycan mətbuatı: "Bəzi məlumatlar gizlədilir... Həqiqi informasiya çatdırılmır"
Azərbaycan mətbuatı: "Bəzi məlumatlar gizlədilir... Həqiqi informasiya çatdırılmır"
Mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.
Bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən elan edilib və dünyada mətbuat azadlığının vacibliyini vurğulamaq məqsədi daşıyır.
Bü günlə əlaqədar Bakı sakinləri BBC Azərbaycancanın "Azərbaycan mediasında istədiyiniz məlumatı tapa bilirsinizmi" və "Azərbaycanda azad mətbuat varmı" suallarını cavablandırıblar.
Onlardan bəziləri yerli kütləvi informasiya vasitələrindən razı, digərləri isə narazıdır.
Onların rəyini Bakıda BBC Azərbaycanca müxbiri Günel Səfər soruşub.

Freedom House: "Azərbaycanın mediaya qarşı kampaniyası davam edir"
Freedom House növbəti illik hesabatında Azərbaycanda mətbuat azad olmadığını deyir. Təşkilatın media azadlığı üzrə siyahısında, Azərbaycan 199 ölkə və ərazi sırasında 190-cı yerdədir.