Londonda Azərbaycan musiqisini araşdıran Günel Mirzəyeva ilə söhbət
Günel Mirzəyeva 2006-cı ildən Londonda musiqi təhsili alır.
“Azərbaycan musiqisi çox zəngindir. Mənim üçün burada öz musiqimizi çalmaq çox vacibdir”, Günel deyir.
O, 2014-cü ildə London Westminster Universitetində musiqi biznesi idarəçiliyi üzrə təhsil alıb.
Günel hazırda Guildhall School of Music & Drama-da PhD təhsili alır.
O, “Azərbaycan fortepiano musiqisinin yaranması və ilkin inkişafından müasir ifaçılıq praktikasına qədər” mövzusunda doktorluq dissertasiyası yazır.
Musiqiçi deyir ki, bu, ingilis dilində Azərbaycan musiqisinə dair “ilk elmi iş olacaq”.
Günel Avropanın bir çıx şəhərlərində solo konsertlər versə də, Bakıdan ona dəvət gəlmədiyini deyir.
“Azərbaycana ancaq öz valideynlərimi görmək üçün gedirəm”, o deyir.
Onunla müsahibəni Vüsal Həmzəyev hazırlayıb.