Balaca şahmatçı: “Azərbaycanın bayrağını yüksəyə qaldırmaq istəyirəm”

Paşam Əliyev 5 yaşında Şahmat üzrə 1-ci dərəcə normasını yerinə yetirməklə Azərbaycanda rekorda imza atıb.

“Bundan əvvəlki rekord 6 yaş yarımda olub, amma Paşam görünür daha bacarıqlıdır, daha istedadlıdır və gələcəyinə böyük ümidlər var”, balaca şahmatçının müəllimi Cavanşir Bağırov deyib.

Bu azyaşlı şahmatçı haqqında videonu müxbirimiz Günel Səfər hazırlayıb.