Polşada fırtına on minlərlə ağacı yıxıb, 6 insan ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Küləkdə yıxılan ağaclar

On minlərlə ağac Polşanın şimalı və qərbi boyunca əraziləri xaraba qoyan fırtına nəticəsində yıxılıb.

Həftəsonu fırtına altı adamı öldürüb. On minlərlə evə ziyan dəyib.

Polşanın baş meşəbəyisi Konrad Tomaszewskia deyib ki, yerə yıxılan ağacları təmizləmək iki il, itirilmiş təbii mühitin bərpası isə on illər çəkəcək.

O, bu hadisəni "Polşanın və bəlkə də, hətta Avropanın meşə təsərrüfatı tarixində ən pis fəlakət" adlandırıb.