“Yenə də özbək!” əndişəsi

New York-da avtomobilin istifadəsilə həyata keçirilən hücumunun əsas şübhəlisi Sayfullo Saipov hesab olunur, ABŞ mediası bildirir.

Çərşənbə axşamı günü baş verən hücum nəticəsində 8 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Güman edildiyinə görə, 2010-cu ildə Özbəkistandan ABŞ-a gəlmiş Saipov ölkədə qanuni qalıb.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev hücumu pisləyib və onunla bağlı araşdırmada ABŞ-a kömək göstərməyə hazır olduğunu deyib.

Bəs görəsən özbəklər hadisəyə necə reaksiya verir? BBC Özbəkcənin müxbiri Pahlavon Turqunov deyir ki, bir çox sosial media istifadəçisi “Yenə də özbək!” deyə təşvişini bölüşür.