Da Vinci's $450m record art sale
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

450 000 000 dollara Leonardo da Vinci incisi satılıb

Leonardo da Vinci tərəfindən çəkildiyinə inanılan İsa Məsihin 500 yaşlı portreti New York auksionunda rekord 450 milyon dollara satılıb.

Əsərin adı Salvator Mundi, yəni "Dünyanın Xilaskarı"dır.

Bu, tarixdə bu qiymətə satılan ilk əsərdir və Christie's auksion otağında gurultulu alqış və həyəcanlı anların müşayiətilə satılıb.