Bali vulkanı ən təhlükəli həddə çatıb
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bali vulkanına görə uçuşlar dayandırılıb

İndoneziyanın Bali adasındakı Agung vulkanının püskürməsilə bağlı atmosferə atılan külə görə ikinci gündür ki, beynəlxalq aeroportdan uçuşlar dayandırılıb.

Ötən həftə fəallaşan vulkan üzərindəki tünd rəngli kül kütləsi 3 km hündürlüyə çatıb.

Bazar ertəsi püskürməni gözləyən rəsmilər təhlükə səviyyəsini ən yüksək həddə qaldırıblar.

Təhlükəli bölgədə məskunlaşan 100 min insan təxliyə olunub.

Vulkan külünün tərkibindəki hissəciklər təyyarənin soyuducu və yanacaq sistemində tıxaclara səbəb olur o, həmçinin təyyarənin mühərrikini zədələyə və hətta sıradan çıxara bilər.

Eynilə, kül kütləsi pilotun görmə məsafəsini məhdudlaşdırır.

Ötən günlər ərzində Agung dağı əvvəlcə qalın kül, daha sonra isə tüstü püskürməyə başlayıb.

Əlaqəli mövzular