Səudiyyə Ərəbistanı: kinoteatrlar açılır, bəs azad söz?
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Səudiyyə Ərəbistanı: kinoteatrlar açılır, bəs azad söz?

35 il qadağadan sonra kino Səudiyyə Ərəbistanına qayıdır.

Böyük Müfti Şeyx Əbdül Əziz əl Şeyx bu ilin əvvəli demişdi ki, kinoteatrlar "şeytana qapı açır" və "icazə verilərsə, əxlaqı pozar".

Ancaq taxt-tacın varisi, şahzadə Məhəmməd ibn Salman belə düşünmür.

O ölkəni müasirləşdirmək üçün islahatlar gətirdiyini deyir.

Hakimiyyət deyir ki, xalq onun islahatlar proqramını dəstəkləyir.

Rəsmi media şahzadənin reytinqinin 94.4 faiz olduğunu yazır.

Amma onu tənqid edənlər, bunun saxta rəqəmlər olduğunu düşünür.

Onlar demokratikləşmə və müstəqil ədliyyə tələb edir.