"Velosipeddənsə, kənd təsərrüfatı zavodu açaydınız" - İsmayıllı sakinləri işsizlikdən şikayət edir.
2016-cı ildə yeni zavod istifadəyə verilməsinə baxmayaraq İsmayıllı rayonunun Diyallı kənd sakinləri işsizlikdən şikayətlənir.
Burada fəaliyyətə başlayan velosiped istehsalı zavodu İsma Bikes-da 30-a yaxın insan çalışır.
Zavodun təsisçisi Synergy Group şirkəti deyir ki, onlara ixtisaslı kadrlar lazım olub.
Bu mütəxəssislər də həm İsmayılli rayonundan, həm də Bakıdan toplanıb.
İsmayıllı rayon İcra Hakimiyyəti isə Diyallı kəndində iş imkanlarının çox olduğunu deyir.
Qurum sözçüsü bu kənddə parnik və digər təsərrüfatların qurulduğunu, həmçinin sakinlərin pay torpaqlarının olduğunu deyir.
Diyallı sakinləri isə rayonda yeni iş yerlərinin açılmasını arzu edirlər.
Günel Səfərovanın videosu.
Video, "Gözümüzü dikmişik o heyvana ki, süd də versin, peyinini də yandıraq" - qazsız kəndlilərin fəryadı, Duration 4,26
Şamaxı, İsmayıllı, Göyçay kimi rayonlarda bəzi kənd sakinlərinə, özlərinin dediyinə görə, qazdan istifadə heç vaxt nəsib olmayıb.