Qonaqpərvər dağ kəndinin gənc müəllimləri: "Biz də olmasaq, buradakı uşaqlara kim dərs desin"
Qonaqpərvər dağ kəndinin gənc müəllimləri: "Biz də olmasaq, buradakı uşaqlara kim dərs desin"
Bu gənc müəllimlər Şamaxının dağ kəndi- Ərçiman məktəbində dərs deyirlər.
Şahsuvar 9 ildir kənd məktəblərində çalışır. 3 il Yardımlıda Horavar kəndində, son 6 ildə isə Ərçimanda işləyib.
Bu il İsmayılla Tehranın ilk dərs ilidir.
Müəllimlər dağ kəndində işləməkdən zövq aldıqlarını deyirlər.
Kəndin özü Şamaxı şəhərinin mərkəzindən 30 km aralıdadır.
Bu yolun 5 km-ini keçmək sakinlərə də, müəllimlərə də çətindir.
Şahsuvar Sumqayıtdan, İsmayıl Bakıdan, Tehran isə Qubadan bu kəndə gedib.
Ərçiman kənd məktəbi 9 illikdir. Kəndin həm sakinləri, həm də müəllimləri məktəbin 11 illik olmasını arzu edirlər.
Amma müəllimləri bu çətinliklər yormur.
Günel Səfərovanın filmi.