Təbii ehtiyatları çox olsa da, dünyanın ən kasıb ölkəsinin insanları aclıqdan ölür

Konqo DR telefon və noutbukların hazırlanmasında istifadə edilən bir sıra mineralların, məsələn koltan və kobaltın dünya üzrə ən böyük ehtiyatlarına malikdir.

Bura Yer üzünün ən dövlətli ölkələrindən biri ola bilərdi - amma ən kasibıdır.

Yerli icmaları viran qoyan silahlı qruplar resurslar uğrunda mübarizə aparırlar.

İğtişaşlar əkin-biçinin qarşısını alıb və nəticədə, qidalar tükənib.

İnsanlar qida üçün yalvarır, amma kifayət qədər yardım yoxdur.