Çölgöylər kənd sakinləri: "Ağlım kəsəndən buranın nə suyu, nə işığı, nə də qazı olub"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şamaxının Çölgöylər kənd sakinləri: "Ağlım kəsəndən buranın nə suyu, nə işığı, nə də qazı olub"

Şamaxının Çölgöylər kənd sakinləri işıq dirəklərinin köhnəlməsindən, həmçinin suvarma suyunun olmamasından şikayətçidir.

İşıq dirəklərinin köhnəlməsindən İsmayıllı rayonun Ruşan kənd sakinləri də gileylidir.

Şamaxının Çölgöylər kəndində içməli su olsa da, həyətlərə su xətləri çəkilməyib.

Sakinlər heyvandarlıq və əkinçilik üçün gərəkli olan suvarma suyunu da tapmadıqlarını deyirlər.

Şamaxı və İsmayıllı rayon İcra Hakimiyyətləri kəndlərin problemindən xəbərdar olduqlarını deyirlər.

Onlar hər iki problemin həll edilməsinin nəzərdə tutulduğunu bildirirlər.

Əlaqəli mövzular