Kiçik bir kəndin qaz, telefon, tibb məntəqəsi, kitabxana, klub və məscid dərdi
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Şamaxının Ərçiman kəndi: "indi nə dövrdür ki, belə yaşayaq?"

Şamaxının Ərçiman kəndinin nə qazı var, nə telefon xətti, nə tibb məntəqəsi, nə kitabxanası, nə klubu.

Kəndin yolları da bir çox maşın üçün keçilməzdir.

Azəravtoyol bu kəndə yol çəkiləcəyini bildirir, amma konkret tarix deməkdə çətinlik çəkir.

Kənd sakinləri buradakı köhnə məscidin bərpa edilmədiyini üstəlik kitabxana və klubun da qapadıldığını deyir.

Şamaxı Rayon İcra hakimiyyəti iddialarla bağlı suallara cavab verməyib.

Ərçimanlılar 9 illik məktəbin də 11 illik edilməsini arzu edirlər.

Çünki məktəbin 9 illik olması bir çox şagirdin təhsil ardınca gedə bilməməsinə səbəb olur.

Şamaxı Rayon İcra Hakimiyyəti də bu məsələnin həll edilməsini istəyir.

Qurumdan bildiriblər ki, bu barədə Təhsil Nazirliyi qarşısında məsələ qaldırılıb.

Təhsil Nazirliyindən isə şərh almaq mümkün olmayıb.