Nərgiz mükafatının bu ilki qalibi məlumdur - Mehman Hüseynov
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Nərgiz mükafatının bu ilki qalibi məlumdur - Mehman Hüseynov

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafatın bu ilki qalibi bloqçu Mehman Hüseynov olub.

Nərgiz Yaqublu bir neçə il əvvəl hepatit xəstəliyindən vəfat edib.

Hazırda həbsdə olan bloqçu Mehman Hüseynovun atası Rafiq Hüseynov oğlunun bu mükafatdan sevinəcəyini deyib.

Mehman Hüseynov bu ilin əvvəllərində "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə 2 illik həbs edilib.

Bacısı Nigar Həzi deyir ki, mükafat "Nərgiz Yaqublu kimi demokratik, vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan fəallara verilir".

Bloqçunun anası Firəngiz Hüseynova deyir ki, istərdi mükafatı oğlu qəbul etsin.

“Nərgiz” mükafatının ilk qalibi Nida Vətəndaş Hərəkətının təmsilçisi –İlkin Rüstəmzadə olub. Keçən ilki qalib iki nəfər olub. “Heykəl məhbusları” kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov.