ABŞ-da miqrant qanunu: 30 ilini Amerikada yaşamış iki övlad atası deportasiya edilir

Jorge Garcia qanunsuz olaraq Meksikadan ABŞ-a 10 yaşında olarkən gətirilmişdi.

Lakin indi yaşı ötdüyünə görə ABŞ-ın Uşaq miqrantlara dair təxirə salınan tədbir siyasəti (DACA) ona artıq şamil olunmur.

Ona birtərəfli uçuşa biletlə Detroit aeroportuna gəlmək əmri verilib.

Ailəsi onun üçün dua edəcəyini və tezliklə qayıtmasını gözləyəcəyini bildirib.

Lakin çıxarılmış qərar görə, Jorge Garcia 10 il müddətinə geri qayıtmaq hüququndan məhrum edilib.