New York Moda həftəsini Marc Jacobs bağlayır

Fotonun müəllifi Getty Images
Image caption Marc Jacobs özü moda həftəsini bağlayıb.

New York Moda həftəsini dizayner Marc Jacobs bağlayıb. O, özünün 80-ci illərdən ilhamlanmış, parlaq rəngli, yüksək çiyinli geyimlər kolleksiyasını təqdim edib.

Amma tədbir keçirilən binanın bayırında bir qrup heyvan haqları fəalı etiraz edib və dizayneri xəzdən istifadə etdiyi üçün tənqid atəşinə tutub.

"Heyvanlar bizim [mülkiyyətimiz] deyil ki, onları geyək", "Marc Jacos öldürür, çünki siz [ondan] alırsınız" - səslənən şüarlar və plakatlar belə olub.

Fotonun müəllifi Getty Images
Image caption Marc Jacobs kolleksiyası parlaq rənglərə üstünlük verib

Michael Kors da kolleksiyasını həftənin son günü nümayiş etdirib.

Fotonun müəllifi Getty / Reuters
Image caption Michael Kors kolleksiyası

Güllü yubkalar, toxunma geyimlər, böyük ölçülü şarflar, tartan və leopard şəkilli parçalar nümayişə çıxarılıb.

Michael Kors öz geyimlərinin nümayişi üçün yalnız arıq deyil, həm də çəkili modellərdən istifadə edib.

Calvin Klein isə daha "geyinilməz" dizaynlar ortya çıxarıb və onun geyimlərinin nümayişi zamanı döşəməyə 200 litrdən çox popkorn səpələnib.

Fotonun müəllifi Getty Images
Image caption Calvin Klein geyimləri

Əlaqəli internet linkləri

BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır