Ermənistan deputatlarının Qarabağa səfəri: Nə müzakirə olunub?

Bako Sahakyan Fotonun müəllifi Getty Images
Image caption Tanınmamış DQR prezidenti Bako Sahakyan daha əvvəl də Yerevanda bir sıra görüşlər keçirib

Ermənistan parlament nümayəndə heyəti həftəsonu tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyanla görüşüblər.

Nümayəndə heyətinə Ermənistan parlamentində təmsil olunan bütün - Respublikaçılar, Tsarukyan bloku, Daşnaksutyun və Yelk (Çıxış) - fraksiya nümayəndələri daxil olunub.

Görüş Xankəndində (Stepanakert) keçirilib. Tanınmamışı DQR prezidenti mətbuat xidmətinin məlumatına görə, "iki Ermənistan dövlətləri daxili və xarici siyasətinə aid məsələlər müzakirə olunub".

Görüş Ermənistanda Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP)hakimiyyətdən kənar edilməsi tələbilə aksiyaların müvəqqəti dayandırılması dövrünə təsadüf edir.

Etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını mayın 8-də gözlənilən parlament iclası gününədək aksiyaları dayandırmağa çağırıb.

Müxalif millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın təzyiqi altında Serj Sarkisyan baş nazir vəzifəsindən istefa verdi, Ermənistan parlamentində çoxluq təşkil edən ERP fraksiyası gələn həftə baş nazir seçkilərində Paşinyanın namizədliyini dəstəkləyəcəyini bəyan edib.

Qarabağ yeni rəhbərliklə "işləməyə hazırdı"

Ermənistanda mümkün hakimiyyət dəyişikliyi nəticəsində "Artsax (Dağlıq Qarabağ) xalqın iradəsilə hakimiyyətə gələn siyasi qüvvə ilə... işləməyə hazırdır", - jurnalistlərə "DQR prezident aparatı rəhbərinin müavini" David Babayan deyib.

Onun sözlərinə görə, Qarabağ Ermənistanda daxili siyasi böhranın mümkün qədər tez və dinc yolla həll olunmasında maraqlıdır.

Bako Sahakyanın Yerevan görüşləri

Tanınmamış DQR prezidenti Bako Sahakyan daha əvvəl də Yerevanda bir sıra görüşlər keçirib.

Fotonun müəllifi Reuters
Image caption Paşinyanla görüşünün sabahısı günü Serj Sarkisyan istefasını elan edib

Aprelin 22-də o, Serj Sarkisyanla, daha sonra, aprelin 23-də Serj Sarkisyan baş nazir vəzifəsini tərk etdikdən sonra o, sabiq Ermənistan prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryanla yaranmış durumu müzakirə edib.

Bundan sonra Bako Sahakyan Yerevanda etiraz hərəkatının lideri Nikol Paşinyanla görüşüb və rəsmi məlumata görə, müzakirə mövzusu Ermənistanda baş verən hadisələr olub.

Təhlükəsizlik

Bako Sahakyanla görüş əsas müzakirə məsələsi Ermənistanda baş verən "son hadisələr fonunda Artsaxın (Dağlıq Qarabağın) təhlükəsizliyi" məsələsi olub, - Xankəndində (Stepanakert) jurnalistlərə ERP fraksiyasının üzvü Qaqik Melikyan deyib.

Nikol Paşinyanın rəhbərlik etdiyi "Yelk" parlament fraksiyasının üzvü Ararat Mirzoyan Ermənistanda siyasi hadisələrin sürətlə inkişaf etməsi şəraitində Qarabağ rəhbərliyi ilə daimi bilavasitə təmaslar və informasiya mübadiləsinin zəruriliyini qeyd edib.

"Erməni xalqı üçün misilsiz imkanlar dövrü yaranıb, və xalq başda olmaqla və xalqın iradəsilə bu imkanlardan istər iqtisadi və sərmayə yatırımı baxımından, istərsə beynəlxalq siyasət sahəsində və danışıqlar prosesində erməni tərəfinin mövqelərinin möhkəmləndirilməsi üçün maksimal istifadə edilməsi üçün bütün siyasi qüvvələrimiz səfərbər olmalıdır", - Bako Sahakyanla görüşdən sonra jurnalistlərə Ararat Mirzoyan deyib.

Fotonun müəllifi Getty/ VANO SHLAMOV
Image caption Aprel ayında başlayan etirazlar ölkə boyunca yayılıb

Daşnaksutyun Erməni İnqilabi Federasiyası fraksiyasının nümayəndəsi Armen Rustamyanın sözlərinə görə, Bako Sahakyanla görüş zamanı daxili siyasi böhranın dinc yolla və tez həll olunmasının vacibliyi qeyd olunub ki, Azərbaycan "yeni təcavüz həvəsinə düşməsin".

"Biz həmçinin görürük ki, bu ümumi milli hərəkat Azərbaycanı dayandıracaq. Biz bir-birimizlə daha həmrəy olmalıyıq, və bütün səylərimiz buna yönəlməlidir", - Rustamyan deyib.

Bu barədə daha geniş