AXC-nin 100 illiyi münasibətilə Ankarada Rəsulzadənin məzarı ziyarət olunub
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

AXC-nin 100 illiyi münasibətilə Ankarada Rəsulzadənin məzarı ziyarət olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ziyarət edilib.

Ziyarətçilər arasında sadə insanlarla yanaşı, rəsmi şəxslər də olub.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə Ankaradakı "Cebeci Asrı" məzarlığında dəfn edilib.

2008-ci ildə yenidən qurulan məzara, Ankara bələdiyyəsi tərəfindən abidə statusu verilib.

Ankaradan BBC Azərbaycanca üçün İlhamə Qasımlının videosu.