Kəndlərini dəyişən erməni və azərbaycanlılar - 30 ildir davam edən münaqişə
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Kəndlərini bir-birilə dəyişən erməni və azərbaycanlılar

Videonu YouTube kanalımızda izləyin.

30 il bundan əvvəl Azərbaycanın Kərkənc kəndində ermənilər, Ermənistanın Dzünaşox kəndində isə azərbaycanlılar yaşayırdı.

Qarabağ münaqişəsinin başlanmasından sonra kəndlərini dəyişən sakinlər hərdən bir-birlərini ziyarət etmək qərarına gəlirlər.

Lakin onda heç kimin ağlına da gəlməzdi ki, "müvəqqəti" köçürülmə daimi olacaq.

1988-ci il 15 iyunda Ermənistan SSR-nin Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qətnamə qəbul edir.

Daha sonra SSRİ Ali Sovetinin bu qərarı ləğv etməsiylə Qarabağ münaqişəsi baş qaldırır və on minlərlə insan həyatını itirir, yüz minlərlə adam qaçqın düşür.

BBC News Rusca xidməti iki kənd sakinlərinin kəndlərini necə dəyişdiklərindən bəhs edir.