Azərbaycan Eurovision-2019-a Çingiz və Truth mahnısı ilə gedir - Video
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycanın Eurovision 2019 mahnısı - Truth

2019-cu il Eurovision Mahnı Müsabiqəsində Azərbaycanı Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edir.

Müsabiqənin rəsmi saytında yazılır ki, Moskvada doğulmuş Çingiz 6 yaşında ailəsi ilə birgə Qazax şəhərinə köçüb və gitara dərslərini də orada alıb. Çingiz ilk mahnılarını uşaq olarkən yazmağa başlayıb.

Çingiz Mustafayev 2011-ci ildə də Eurovision milli seçim turunda iştirak edib. O, 2013-cü ildə Azərbaycanı Yurmalada keçirilən "Yeni Dalğa", 2016-cı ildə isə Ukraynanın "Qolos Kraini" mahnı müsabiqəsində iştirak edib.

"Truth" (Həqiqət) mahnısının musiqisinin bəstələnməsinə Çingiz də iştirak edib.

Çingiz mahısını 16 mayda bu ilki Eurovision Mahnı Müsabiqəsi ikinci yarımfinalında ifa edəcək.