Pentaqon Uçan Naməlum Obyekt videolarını yayıb

Pentaqon Uçan Naməlum Obyekt videolarını yayıb

ABŞ Müdafiə Nazirliyi “izahı olmayan səma fenomeni”ni təsvir edən üç videonu yayıb.

Bu görüntülərin 2007 və 2017-ci ildə mətbuata sızdığı bildirilir. İki video New York Times qəzetində dərc olunub, üçüncü isə Blink-182 qrupunun sabiq müğənnisi Tom DeLonge-nin həmtəsisçi olduğu təşkilat tərəfindən yayılmışdı.

New York Times qəzetinin yazdığına görə, 2004-cü ilə aid görüntü iki hərbi pilot tərəfindən çəkilib.

Videoda ABŞ-ın Sakit okean sahilindən 160 km məsafədə havada süzən yuvarlaq "Uçan Naməlum Obyekt"i (UNO) görmək olar.

2015-ci ildə lentə alınan daha iki video fırlanaraq hərəkət edən obyektləri təsvir edir.

Pentaqon bildirir ki, videoları yaymaqla onların həqiqiliyi ilə bağlı ictimaiyyət arasında yanlış fikirlərə aydınlıq gətirmək istəyib.