Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Putin Exo Moskvi redaktorunu danladı

Rusiyanın Baş Naziri Vladimir Putin Exo Moskvi radiostansiyasını "ədalətsizlikdə" tənqid edib. Kütləvi informasiya vasitələri rəhbərlərilə görüşündə o, eyni zamanda bəyan edib ki, özü haqqında informasiyalardan incimir.

"Məni səhərdən axşama kimi tənqid etməyinizdən incimirəm" - o, Exo Moskvı radiosunun baş redaktoru Aleksey Venediktov ilə söhbətində deyib.

Ancaq cənab Putin "ədalətsiz tənqidə" misal olaraq Exo Moskvının ABŞ-ın raketdənmüdafiə sistemi barədə səsləndirdiklərini göstərib.

"Elə bir cəfəngiyyatdır ki, bilmirəm hardan götürüblər" - Putin Venediktova deyib.