Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İstanbuda tikintidə işləyən 11 fəhlə yanğın nəticəsində həlak olub

İstanbuda tikintidə fəhlələrin qaldığı çadırda yanğının baş verməsi nəticəsində 11 nəfər həlak olub.

Yanğın Esenyurt məhəlləsində ticarət mərkəzinin tikintisi meydançasında baş verib.

Televiziya ilə göstərilən video-kadrlar qarın içində, projektorların işığında xilasedicilər çadırın yanmış qalıqları altından həlak olan fəhlələrin cəsədlərini çıxarırlar.

Esenyurt rayonunun başçısı Necmi Kadıoğlu bildirib ki, yanğına elektrik qızdırıcının səbəb olduğu güman edilir.