Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

İngiltərədə səyahət balonu yüksək gərginlikli hava elektrik xəttinə çırpılıb

Mərkəzi İngiltərədə isti hava ilə doldurulmuş balon yüksək gərginlikli elektrik hava xəttlərinə çırpılaraq qəzaya uğramışdır.

Hadisə uçuş marşrutundan çıxmış balonun oyun meydançasına eniş etmək cəhdi zamanı baş vermişdi.

Pilot və 2 sərnişin 4 saat ərzində 4,5 metr hündürlükdə ilişib yellənən vəziyyətqə qalmışdılar. Xilasedicilər həmin müddət ərzində xilasetmə işlərinə başlamaq üçün gəginlikli xəttlərin elektrik şəbəkəsindən ayrılmasını gözləmişdilər.

18 illik stajı olan balon pilotu Adam Griffiths BBC-ə deyib ki, balonun gərginlikli xəttlərə çırpılması partlayış səsilə müşayiət olunub.

"Balon xəttə dəyəndə alov görndü, lakin birazdan özü-özünə söndü".

Hadisə nəticəsində heç kim ciddi xəsarət almayıb.