Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Evlər yenə də yerlə yeksan olundu - bu dəfə Qlazqoda

Şotlandiyanın Qlazqo şəhərində məşhur "Red Road" yaşayış komleksinin ləğv edilməsi işlərinə sart verilib.

"Red Road" komleksini təşkil edən çoxmərtəbəli yaşayış binaları Qlazqo şəhərində II Dünya Müharibəsindəndən sonra mənzil böhranını həll etmək məqsədilə tikilmişdir.

Tədricən bu evlərdə əsasən yoxsul ailələr məskunlaşmağa başlamışlar. Yoxsulluq zonasına çevrilən həmin yaşayış kompleksi eyni zamanda kriminallar üçün münbit mühitə çevrilərək müvafiq adda çıxarmışdır.