Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Bako Sahakyan: "Həmsədrlər vicdanla çalışıblar"

Dağlıq Qarabağda üzümüzə gələn cümə axşamı prezident seçkiləri keçiriləcək. Bu, Qarabağ münaqişə bölgəsində atəşkəs rejimi elan edildikdən bəri keçirilən beşinci prezident seçkilıridir.

Azərbaycan işğal olunmuş ərazilərində keçirilən seçkiləri tanımır və qeyri-qanuni olduğunu bildirir. Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya bu seçkiləri tanımadıqlarını və münaqişənin dinc yolla həllinə xidmət etmədiyini bəyan ediblər.

Bunula bağlı ikinci müddətə seçilmək üçün mübarizəyə qatılan tanınmamış DQR prezidenti Bako Sahakyan “BBC Azərbaycanca”-nın müxbirinə müsahibədə seçkilərin zəruriliyini izah etməyə çalışıb.

Müsahibə eksklüziv olaraq “BBC Azərbaycanca” və Azadlıq Radiosunun Qarabağ müxbirinə verilib.