Məmməd Ənsari
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"İranda Azərbaycan musiqisini geridəqalmış kimi təqdim etməyə çalışırlar"

"İranda Azərbaycan klassiklərinin əsərlərini yayırlar, amma demirlər ki, bu Azərbaycan musiqisidir" - Londonda yaşayan azərbaycanlı bəstəkar deyir.

Məhəmməd Ənsari Təbrizdəndir, özünün dediyinə görə, məktəbdə məcburən fars dilində oxumalı olub. Azərbaycan Musiqi Akademiyasında təhsil almış Ənsari hazırda Londonda təhsilini davam etdirir.

O, Londona Azərbaycan icması üçün piano dərsləri də keçir.

BBC Azərbaycancanın "Britaniyada Azərbaycan diasporası" silsiləsindən növbəti videoda müsahibimiz azərbaycanlı bəstəkar Məhəmməd Ənsaridir.

Onunla Könül Xəlilova söhbət edib.