Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Rusiya şəhərinin ad gününə 70 metrlik piroq hazırlanıb

Rusiyanın qərbindəki Krasnovişersk şəhərinin 70 illik yubileyi 300 kiloqram çəkisi olan qaragilə piroqu ilə qeyd olunub.

“Səhər saat 7-dən işə başlayaraq 50 hissədən ibarət piroqun yarısını axşam 8-də fırından çıxarmışıq. Bizdən sonra gələn qadınlar isə işi başa vurublar”, - qənnadçı Svetlana Simonova deyib.

Qonaqlara təklif edilən bir günlük işin məhsulu bir neçə dəqiqə ərzində yoxa çıxıb.

Piroqun hazırlanmasında 500 yumurta istifadə olunub.

Qənnadçılar piroqun rekord vuracağına ümid edirlər.