Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Suriya erməniləri Yerevana gəlir

Hələbin erməni icması məskunlaşdığı məhəllələrin Suriya üsyançılarının nəzarəti altına keçib. Bu məlumatı erməni informasiya vasitələri diplomatik dairələrə yaxın naməlum mənbələrə istinadən yayıblar.

Məlumat müstəqil mənbələr tərəfindən təstiqlənməyib.

Lakin “BBC Azərbaycanca“-nın Yerevan müxbiri Ermənistana mühacirət edən Suriya ermənilərindən hökumət və müxalifət silahlı dəstələri arasında döyüşlərin Hələbin erməni məhəllələri yaxınlığında baş verdiyini eşitmişdi.

Suriya erməniləri deyir ki, ölkədə baş verən vətəndaş müharibəsində bitərəf qalmağa çalışsalar da təhlükə və get-gedə ağırlaşan vəziyyət onları ölkəni tərk etməyə vadar edir.

Ermənistan hökuməti “Ermənistan Hava Yolları” erməni Yerevan-Hələb istiqamətində həftədə iki reys təşkil edib.

Bundan başqa, “Suriya Ərəb Hava Yolları” həftədə bir dəfə Dəməşk-Yerevan yaxud Hələb-Yerevan istiqamətində uçuşlar edir.

Lakin rəsmi Yerevan Hələb ətrafında döyüşlərin ermənilərə qarşı və onlara aidiyyəti olmadığını və onların kütləvi şəkildə ölkədən çıxarılmasına ehtiyac olmadığını bəyan edir.

Bu gün artıq minlərlə Suriyalı ermənilər öz qohum və dostlarını Yerevan hava limanında qarşılayırlar.

Çərşənbə axşamı onlarla birlikdə Hələbdən gələnləri müxbirimiz də qarşılayıb.