Putin
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Putin deltaplanla durna qatarını müşayiət edib

Rusiya prezidenti Vladivostok şəhərindəki Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatı Sammitinə yollanarkən nadir Sibir durnalarının qatarını müşaiyət edib.

Çərşənbə axşamı Yamal bölgəsində deltaplanla göyə qalxan Putin süni yetişdirilərək təbiətə buraxılmış durna qatarının başında uçub.

Güman edilirdi ki, ağ paltar geymiş Rusiya lideri və deltaplan pilotu bir müddət qatarın başında uçaraq onu quşların qış məskənlərinə doğru yönləndirməyə çalışaqlar.