Həbsxanada zorlama videosu gürcüstanlıları qəzəbləndirib

Gürcustanda məhbusların gözətçilər tərəfindən zorlandığını göstərən video görüntülər çərşənbə günü hökümətə qarşı nümayişlərlə nəticələnib.

Milli telekanallarda yayımlanan video zabitlərin məhbusları zorakılıqla döydüyünü göstərir.

Gecə saatlarında müxalifətin TV9 telekanalında yayımlanan göruntü bir zabitin məhbusa qarşı süpürgə ilə cinsi zorakılıq etdiyini göstərir.

Həbsxanalara məsul olan nazir Xatuna Kalmaxelidze istefa verib. “8 nömrəli həbsxanada baş verənlər dəhşətlidir və mən Baş Nazirə istefa ərizəmi vermişəm,” - o deyib.

Gürcüstan prezidenti Mixail Saakaşvili bu hadisədən sarsıldığını və qəzəbləndiyini, həmçinin zorakılığa görə məsuliyyət daşıyanları cəzalandıracağını söyləyib.

Çərşənbə axşamı yayımdan sonra yüzlərlə etirazçı Gürcüstanın paytaxtı Tbilisidə yürüş keçirib və nazirin istefasını tələb edib.

Məlumata görə on nəfər, o cümlədən həbsxananın rəisi həbs olunub.

Gürcüstanda gələn ay prezident seçkiləri keçiriləcək. Prezident Saakaşvilinin ən böyük rəqibi Gürcüstanın ən varlı adamı Bidzina İvanişvili sayılır.