Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Azərbaycan neftinin insan haqlarına təsiri barədə kitab dərc olunub

Londonda dərc olunmuş yeni bir kitabda müəlliflər Azərbaycandan neftin mərkəzi və qərbi Avropaya nəqli nəticəsində insan haqlarının pozulmasından bəhs edirlər.

“Neft Yolu- Xəzər Dənizindən London şəhərinə səyahət” adlı kitabı Londonda mənzillənən Platform kampaniya qrupunun tədqiqatçıları yazıb. Bu qrup neft korporasiyaları layihələrinin təsirinə məruz qalan və onlara qarşı çıxan icmalara dəstək göstərir.

Müəlliflərdən biri James Marriott BBC Azərbaycancaya müsahibəsində deyib ki, kitab Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yaxın ərazilərdə yerləşən insanların haqlarının pozulmasına dair zorakılıqları sənədləşdirir.

O həmçinin bildirib ki, neft insan haqlarının pozulmasında ittiham etdiyi Prezident İlham Əliyev hökumətinin mövcudluğuna kömək edir.