Joshua Noonan
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Nebraskalı Joshuanın Şəki əhvalatları...

“Azərbaycanlılar qohum-qonşuya çox fikir verirlər. Biz məsələn, yalnız yaxın ətrafımız haqqında fikirləşirik, amma uzaq qohum, tanış, yaxud qonşuluqda yaşayanlara o qədər də əhəmiyyət vermirik. Azərbaycanda isə bunu təsvir etmək çox çətindir. Demək olar getdiyim hər yerdə diqqət mərkəzində idim...”

Söhbətin bu yerində Joshuanı bərk gülmək tutur. Deyəsən, yadına maraqlı əhvalat düşüb.

Şirin Şəki ləhcəsi və təbəssümü ilə davam edir...

“Şəkidə qışlaqda yaşayırdım. Adamlar orada çox ağır təbiətlidirlər.. Bir dəfə hava çox isti idi və düşündüm ki yəqin şortik geyinsəm, problem olmaz. Amma 100 metr getmişdim ki, ətrafdakı uşaqlar mənə izah etdilər ki, bunu dəyişməliyəm...

..Şortik məsələsindən 1 həftə sonra yerli anam mənə dedi ki, “Ay Josh, qonşular sənin haqqında danışırlar. Deyirlər ki, şoktik geyinmişdin”. Mən təəccübləndim, axı onlar məni görməmişdilər. Anladım ki, Azərbaycanda dedi-qodu çox güclüdür”.

Nebraskadan Şəkiyə...

Joshua Noonan Vaşinqtonda yerləşən Johns Hopkins Universitetində magistr təhsili alır.

2006-2008-ci illərdə Sülh Korpusunun xətti ilə Şəkidə və Azərbaycannın digər hissələrində könüllülük edib, bölgələrin inkişafına yardım təcrübəsini bölüşüb.

Joshua əslən Nebraskadandır. Deyir, onun böyüyüb-çalışdığı ailə fermasında həyat məsələn, Şəkidə gördüklərindən çox fərqlidir. Elə insanları da...

“Azərbaycanlılar üçün vaxt bizim kimi vacib deyil. Dostları yolda görəndə çaya, kofeyə dəvət etməliyik. Amma burada onu etmirik. O adəti özümlə Amerikaya gətirmişəm”, deyir Joshua.

“Daha biz dərs öyrənmişəm... Dükana gedəndə qiymətə fikir vermək”, əlavə edir həmsöhbətimiz.

Vaşinqtonda “şəkili”

2008-ci ildə Sülh Korpusundan ayrıldıqdan sonra da Joshuaya Azərbaycanı tərk etmək çətin imiş.

Bir müddət yerlilərə ingilis dili dərsi öyrətdikdən sonra, Fulbrayt təqaüdçüsü qismində Bakıda və Tbilisidə yaşayıb.

Elə Vaşinqtona qayıtdıqdan sonra da Azərbaycan marağı Joshuanı tərk etməyib, burada yerli təşkilatlarda çalışan qafqazlılarla sıx təmasdadır. Şirin ləhcəsinə görə, çoxları onu “Şəkili Joshua” kimi tanıyır.

Joshuanın təbirincə, azərbaycanlıların əsas problemi öz həyatlarını deyil, bir qayda olaraq, cəmiyyətin “düzüb-qoşduğu” qanunlar əsasında yaşamalarıdır.

“Qanunlar” isə heç də həmişə “şah” deyil.

“Bir dəfə Şəkidən şimal rayonlarına səfər edərkən polis bizi maşında saxladı. Dedim, mən amerikalıyam... Olmaz axı.. Şükür ki, axırda problem olmadı, bizi buraxdı”.