Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Britaniyada şahmat boksu üzrə yarış keçib

Şahmatla boksun (Chessboxing) qarışığı olan yeni idman növü üzrə yarışların populyarlığı artmaqdadır.

Chessboxing 2008-ci ildə yaranıb.

Yeni idman növü konsepsiyası ilk dəfə Enki Bilalın yazdığ satirik kitabda əks olunub ki, onun ideaları əsasında rəssam İepe Rubingh şahmat boksunu yaradıb.

Şahmat Boksu üzrə ilk yarışlar 9 il bundan əvvəl Amsterdamda təşkil olunub.

11 raund gedişatında idmançılar sıra-sıra şahmat və boksda intellekt və fiziki güclərini sınayırlar.

Qələbə mat elan etmiş və yaxud da rəqibini nokauta göndərən idmançıya verilir.