BBC navigation

Hacıbala Abutalıbov Eurovision açarını təqdim edib

Son yeniləmə: 18 yanvar, 2013 - 17:09 GMT

Media Pleyer

Sahib Şəhərlərin Nişan Dəyişməsində Azərbaycan ikinci yarımfinala, Gürcüstan və Ermənistanla eyni qrupa düşüb.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Eurovision Mahnı Müsabiqəsinin ənənəvi Sahib Şəhərlərin Nişan Dəyişməsində Bakı meri Hacıbala Abutalıbov və Eurovisiona bu il ev sahibliyi edən İsveçin Malmo şəhərinin meri Ilmar Reepalu iştirak edib.

Cümə axşamı keçirilən mərasimdə həmçinin müsabiqənin yarıfinal püşkatması yer alıb. Azərbaycan ikinci yarımfinala, beləliklə, qonşuları Gürcüstan və Ermənistanla eyni qrupa düşüb.

Mərasimdə Malmo şəhərində keçiriləcək müsabiqənin şüarı da təqdim olunub: "Biz birik".

2012-ci ilin may ayında, mahnı müsabiqəsinin Bakıda keçirilən finalında İsveçin təmsilçisi Loreenin "Euphoria" adlı mahnısı qalib gəlib və İsveç müsabiqəni keçirmək hüququ qazanıb.

Bu il yarışma mayın 18-də keçiriləcək.

More Multimedia

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.