BBC navigation

Beyonce Obamanın andiçməsində fonoqramdan istifadə edibmi?

Son yeniləmə: 23 yanvar, 2013 - 15:05 GMT

Media Pleyer

Onu müşaiyət edən orkestr bildirib ki, müğənni inauqurasiya mərasimində çıxışı zamanı yalnız dodaqlarını tərpədib.

İzləyinmp4

Bu Audio/Video məzmunu açmaq üçün sizə Flash pleyerın düzgün versiyası lazımdır.

Alternativ AV formatını açın

Beyonce-nin Prezident Barak Obamanın andiçmə mərasimində canlı oxuyub-oxumamasına dair ziddiyətli xəbərlər yayılıb.

Pop ulduzun çıxışının müsiqili müşaiyətini təmin edən ABŞ Dənizçilər Korpusunun orkestr sözçüsü “The Times” qəzetinə bildirib ki, son anda Beyonce fonoqram altında oxumağa üstünlük verib.

Bununla belə Dənizçilər Korpusundan BBC-ə bildirilib ki, “orkestrdə heç kim ifanın canlı və ya fonoqram olduğu barədə rəy vermək səlahiyyətində deyil”.

Eyni zamanda təsdiq edilib ki, orkestrin Beyonce üçün musiqi müşayiəti canlı rejimdə olmayıb.

Barak Obamanın ikinci prezidentlik müddəti üçün andiçmə mərasimini milyonlarla insan izləyib.

Mərasim James Taylor, Kelly Clarkson və ABŞ dövlət himnini ifa etmiş Beyonce-nin çıxışları ilə yadda qalmışdı.

“The Times” qəzetinin Beyonce-nin fonoqramla oxuması xəbəri dərhal dünya xəbər agentliklərinin diqqətini cəlb edib.

More Multimedia

BBC © 2014 BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.