Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

"Görürlər azərbaycanlıya oxşayıram, mənlə öz dilimdə danışsınlar"

Azərbaycan höküməti milli dilin işlədilməsini yaxşılaşdırmaq üçün qaynar xətt açmağı planlaşdırır.

Bu yolla ictimai yerlərdə, dükanlarda, xidmət sahələrində, reklamlarda dilin işlədilmə normalarına nəzarət ediləcək. Hökumətin dil haqında proqramına əsasən hətta qlobal brendlər də Azərbaycan dilinə uyğunlaşdırılmalıdır.

Bu gün Azərbaycanda bir çox iş yerlərinə qəbul zamanı rus dili tələb olunur. Böyük şirkətlər, hətta xarici ölkələrin səfirlikləri belə iş yerlərinin elanını verəndə rus dilini əla bilmək tələbini irəli sürür.

Qaynar xətlərə nəzarətedici qurumlardan biri olacaq Dilçilik İnstitutunun rəhbəri Fəxrəddin Veysəlli azərbaycanlıların başqa dildə danışmasını tolerantlıqla əlaqələndirir.

BBC Azərbaycanca müxbiri Xanım Cavadovanın Bakıdan hazırladığı video materialda rus dilinin cəmiyyətdə davam edən təsirindən danışılır.